Icma.az
close
up
RU
Bu “silikonlu Harvard məzunu”nu niyə TV lərə buraxırlar?! İlham Əziz

Bu “silikonlu Harvard məzunu”nu niyə TV lərə buraxırlar?! İlham Əziz

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az İlham Əzizin yeni yazısını təqdim edir.

Dünən iki məsələ gündəmi tünbətün elədi. Birimincisi, Harvard Universitetindən sertifikat çırpışdıran aparıcının atasız qızlarla bağlı xalqa məsləhəti, ikimincisi də məşhur iş adamı, şipşirin sahibkar İsfəndiyar kişinin açıqlamaları…

Bu söhbətlər bir-birinə üzvü surətdə o qədər bağlıdır ki, ayrı-ayrılıqda fikir bildirmək haqsızlıq, mən deyərdim ki, münafiqlikdir.

Aparıcı xanımın atasız qızlarla bağlı düşüncələri feodal xarakter daşıyır, 21-ci əsrin bütün mənəvi kodekslərini yerlə bir edir. Bu “silikonlu Harvard məzunu” hələ də başa düşməyib ki, insan faili-muxtardır, ata-ananın elədiklərinə, yaşayışına, düşüncələrinə görə məsuliyyət daşımır. Bu valideyn qədri bilən göyçək, bu yaxınlarda anası yaşda qadını da verlişində danlayıb, az qalırdı döysün. Adam istəyir desin ki, bu əşrəfi məxluqu niyə tv-lərə buraxırlar, ancaq tez yadına düşür ki, buna sənin haqqın yoxdur, özəl firmalardı, nə istəsələr, kimi istəsələr göstərə bilərlər. Bəs neynəmək olar? Heç nə!

Bu “ay canı yanmışlar” hələ indi-indi cücərir, bir azdan hər yerdə peyda olacaqlar, elliklə bu “şeyda gözəl”in ölənlərinə rəhmət oxuyacağıq. İndi yaşamağın yolu budur. Bunlar kimi olmaq, zəvzəvləmək, şitənmək, özünü, abrını çölə qoymaq uğurun açarıdır. Niyə, çünki başqa sahələri, müasir çobanlar tutub.

Bax, elə biri bizim İsfəndiyar kişi. Özü deyir ki, çobanam. Çobanlıq çətin peşədi, ağır sənətdi, həm də şərəfli. Müəllim çobanlığın nə olduğunu bilmir, bilsə deməz. O əsl müasir Azərbaycanın iş adamıdır, uğurlu biznesmendir. Bir şey yadıma düşdü, qoy danışım, yadımdan çıxar.

Kəndimizin sovet dövründə, elə indi də təhsili çox yaxşı olub, məktəbimiz nümunəvi məktəbdir. Kasıb-kusub balaları oxuyub adam olub. Nə isə bir qohum xanım var, gəncliyindən həyat yoldaşını itirib, yetimçiliklə 8 uşaq böyüdüb. Onlardan biri hərbi təhsil aldı, böyüdü, böyüdü, oldu polkovnik. Vəzifəyə gəldi, bir-iki ay çəkmədi tutuldu. Bir adam üzünə durdu ki, məndən 1000 manat alıb, uşağımı əsgərlikdən saxlayıbsan. Nədənsə uşaq evdə qaldı, rüşvət verən “kişi”yə heç nə olmadı, polkovnik tutuldu, 8 il sərasər türmədə oturdu. Ailə olmazın zülmlər çəkdi. Oxumayan uşaqlar, işləyib, türməyə yemək-içmək daşıdı. Nə başınızı ağrıdım, bir gün kəndə gedəndə həmin qohum arvadla yolda rastlaşdım, xoş-beşdın sonra məndən uşaqları soruşdu. Dedi, bala oğlun məktəbi qurtardı? İnstituta girdi? Dedim, hələ 2 ili var. Dedi, xalan qurban oxutma, oxuyanları tuturlar.

İndi, ay İsfəndiyar əmi, yaxşı ki, yazıb-oxuya bilmirsən, yoxsa çoxdan sizi də tutmuşdular. Bizim də xətrimizə dəyən sizin varlı olmağınız deyil, alimlərə 10-15 min dollar maaş verməyinizdir. Alimə o qədər pul verərlər? Gül kimi acından ölürlər də…

Yaxşı maaşı adam “Harvard məzunu”na verər. Siz bizim qüsurumuza baxmayın, heç bilənlə bilməyən bir ola bilər? Allah iş avandlığı versin, pullar gəlsin, şad-xürrəm yaşayın. Alimlərdi də, “baş dolu cib boş”, danışırlar da…

"Bu, çox xoşagəlməzdir!" - Leonardo Di Kaprionunun sevgilisindən ETİRAF "Bir qəribə adam haqqında hekayə" - Elçin Akademiya fələstinli rejissordan üzr istəyib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://kulis.az
archiveBu xəbər 01 Aprel 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri