Icma.az
close
up
RU
Silikonlu Harvard məzunu və müasir çoban İsfəndiyar

Silikonlu Harvard məzunu və müasir çoban İsfəndiyar

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Dünən iki məsələ gündəmi tünbətün elədi. Birimincisi Harvard Universitetindən sertifikat çırpışdıran aparıcının atasız qızlarla bağlı xalqa məsləhəti, ikimincisi də məşhur iş adamı, şipşirin sahibkar İsfəndiyar kişinin açıqlamaları…

Bu söhbətlər bir-birinə üzvü surətdə o qədər bağlıdır ki, ayrı-ayrılıqda fikir bildirmək haqsızlıq, mən deyərdim ki, münafiqlikdir.

Aparıcı xanımın atasız qızlarla bağlı düşüncələri feodal xarakter daşıyır, 21-ci əsrin bütün mənəvi kodekslərini yerlə bir edir. Bu “silikonlu Harvard məzunu”, hələ də başa düşməyib ki, insan faili-muxtardır, ata-ananın elədiklərinə, yaşayışına, düşüncələrinə görə məsuliyyət daşımır. Bu valideyn qədri bilən göyçək, bu yaxınlarda anası yaşda qadını da verlişində danlayıb, az qalırdı döysün. Adam istəyir desin ki, bu əşrəfi məxluqu niyə tv-lərə buraxırlar, ancaq tez yadına düşür ki, buna sənin haqqın yoxdur, özəl firmalardı, nə istəsələr, kimi istəsələr göstərə bilərlər. Bəs neynəmək olar? Heç nə!

Bu “ay canı yanmışlar” hələ indi-indi cücərir, bir azdan hər yerdə peyda olacaqlar, elliklə bu “şeyda gözəl”in ölənlərinə rəhmət oxuyacağıq. İndi yaşamağın yolu budur. Bunlar kimi olmaq, zəvzəvləmək, şitənmək, özünü, abrını çölə qoymaq uğurun açarıdır. Niyə, çünki başqa sahələri, müasir çobanlar tutub. Bax elə biri bizim İsfəndiyar kişi. Özü deyir ki, çobanam. Çobanlıq çətin peşədi, ağır sənətdi, həm də şərəfli. Müəllim çobanlığın nə olduğunu bilmir, bilsə deməz. O əsl müasir Azərbaycanın iş adamıdır, uğurlu biznesmendir. Bir şey yadıma düşdü, qoy danışım, yadımdan çıxar.

Kəndimizin sovet dövründə, elə indi də təhsili çox yaxşı olub, məktəbimiz nümunəvi məktəbdir. Kasıb-kusub balaları oxuyub adam olub. Nə isə bir qohum xanım var, gəncliyindən həyat yoldaşını itirib, yetimçiliklə 8 uşaq böyüdüb. Onlardan biri hərbi təhsil aldı, böyüdü, böyüdü, oldu polkovnik. Vəzifəyə gəldi, bir-iki ay çəkmədi tutuldu. Bir adam üzünə durdu ki, məndən 1000 manat alıb, uşağımı əsgərlikdən saxlayıbsan. Nədənsə uşaq evdə qaldı, rüşvət verən “kişi”yə heç nə olmadı, polkovnik tutuldu, 8 il sərasər türmədə oturdu. Ailə olmazın zülmlər çəkdi. Oxumayan uşaqlar, işləyib, türməyə yemək-içmək daşıdı. Nə başınızı ağrıdım, bir gün kəndə gedəndə həmin qohum arvadla yolda rastlaşdım, xoş-beşdın sonra məndən uşaqları soruşdu. Dedi, bala oğlun məktəbi qurtardı? İnstituta girdi? Dedim, hələ 2 ili var. Dedi, xalan qurban oxutma, oxuyanları tuturlar.

İndi ay İsfəndiyar əmi, yaxşı ki, yazıb-oxuya bilmirsən, yoxsa çoxdan sizi də tutmuşdular. Bizim də xətrimizə dəyən sizin varlı olmağınız deyil, alimlərə 10-15 min dollar maaş verməyinizdir. Alimə o qədər pul verərlər? Gül kimi acından ölürlər də…

Yaxşı maaşı adam “Harvard məzunu”na verər. Siz bizim qüsurumuza baxmayın, heç bilənlə bilməyən bir ola bilər? Allah iş avandlığı versin, pullar gəlsin, şad-xürrəm yaşayın. Alimlərdi də, “baş dolu cib boş”, danışırlar da…


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Aprel 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see286

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see266

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see260

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see244

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see242

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see212

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see204

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see202

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see197

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see187

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see184

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see183

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see181

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see179

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see177

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see176

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see173

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see165

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see159

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri