Icma.az
close
up
RU
“Bu sistemi mən indiyə qədər Qurban Qurbanovda görmüşdüm” Əfran İsmayılov

“Bu sistemi mən indiyə qədər Qurban Qurbanovda görmüşdüm” Əfran İsmayılov

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə çempionatının 12-ci turundan sonra yalnız bir dəfə məğlub olan üç komanda var ki, onlardan da biri “Araz-Naxçıvan”dı. Xüsusən də “Zirə” və “Neftçi” ilə keçirilən son üç oyunun ardından çoxları “qırmızı-ağlar”ı avrokuboklara vəsiqəyə əsas namizədlərdən biri kimi görür. Naxçıvan təmsilçisi artıq “Turan Tovuz”u da 2-ci pillədən sıxışdırıb.
“Araz-Naxçıvan”ın indiki durumu ilə bağlı Elmar Baxşıyevin köməkçilərindən Əfran İsmayılovla söhbətləşdik.

- “Araz-Naxçıvan”ın indiki səviyyəyə çatması nəyin nəticəsində baş verdi?

- Rəhbərlikdən tutmuş komanda, kollektiv, texniki heyətə qədər hamımız mehribanıq. Əsas odu ki, birlik var. Birlik olan yerdə də nəticə gəlir. Futbolçular da bunu istəyir. Çalışırıq ki, heç bir neqativ hal baş verməsin. Bunun sayəsində də çıxıb yaxşı futbolumuzu oynayırıq.

- “Araz-Naxçıvan" ötən mövsümə də uğurlu başlamışdı, ancaq sonra nəticələri kəskin şəkildə pisləşdi. Bunun təkrarlanmaması üçün nəsə düşünürsüzmü?

- Ötən mövsüm mən də “Araz-Naxçıvan”daydım. Həmin vaxt bu birliyi, istəyi, arzunu görmürdüm. Amma Elmar müəllim gələndən sonra o birliyi, istəyi geri qaytardı. Şükür, onun nəticəsidi ki, komanda belə futbol oynayır. Həm də futbolçu heyəti dəyişdi. Ehtiyat qüvvəmiz də artdı. Rəhbərlik sağ olsun, istədiyimiz futbolçuların hamısını aldı. Biz də əlimizdən gələnin yaxşısını edirik ki, həm rəhbərlik, həm komanda, həm də bizlər üçün hər şey yaxşı olsun. 

- Elmar bəyin “Qəbələ”də topladığı zəngin təcrübə, yəqin ki, bu gün özünü göstərir...

- Açığını desək, Elmar müəllim çox sadə, səmimi insandı. Həm də futbolu bilən biridi, yetərincə də təcrübəsi var. Hamı ilə dil tapır, hər kəslə qardaş kimidi. Bunun sayəsində komanda o birliyi qoruyub-saxlayır. Baxmır kim harda işləyir, kim texniki işçidi, hamı ilə mehribançılıqdı. Bu sistemi mən indiyə qədər Qurban Qurbanovda görmüşdüm. Belə mehribançılıq gətirib nəticəyə çıxarır. İstədiyi futbolçuları da rəhbərlik gətirdi, nəticə də göz önündədi. Dediyim kimi, komandada önəmli olan birlikdi, bunu qoruya bilsək, davamı da gələcək.
 - Bəs komanda bu uğurlarına görə kimə borcludu – məşçilərə, yoxsa futbolçulara?
 - Əlbəttə, futbolçu tərəfi başqadı. Mən məşqçi amilini dedim. Amma futbolçu məsələsi də var ki, hər biri Azərbaycan futbolunu bilənlərdi. Yerli çempionatı daha dərindən tanıyırlar. Seleksiya işi çox çətindi. Qıraqdan gələnlər bilmirsən necə çıxacaq. Amma burda oynayanları görürsən. Əlinin altında oynayanları götürmək daha rahatdı. Sən onları tanıyırsan, onlar da səni. Çıxıb biz istədiyimiz futbolu oynayırlar, hər şeyi istədiyimiz kimi icra edə bilirlər.

 - "Araz-Naxçıvan" ın məğlubiyyətsiz oyunlar seriyası nə qədər davam edəcək?

 - Düzü, seriyaya fikir vermirik. Hər oyuna ciddi yanaşır, keçənləri unuduruq. Əlində material olmayandan sonra nəsə etmək istəsən də, alınmır. Azərbaycan çempionatı çətindi. Bunu futbolçular da, məşqçilər də bilir.
- Başqa komandalarla müqayisədə sizdə yerli futbolçu daha çoxdu. Bu, düşünülmüş addımdı, yoxsa...
 - Bizdə də legionerlər var. Amma düz deyirsiz, başqalarına baxanda əcnəbilər azdı. Limit də var, azərbaycanlılar da oynamalıdı. Qaranın da gəlişi komanda üçün böyük üstünlük oldu. Əlimizdən gələnin yaxşısını edirik ki, ayrı-seçkilik olmadan komandaya fayda verən oyunçuları cəlb edək.

- Qara köhnə komanda yoldaşınızdı. İndi bir məşqçisi olmaqdan əlavə nə kimi dəstək göstərirsiz?

 - Onunla yaxın dostuq. Düzdü, indi futbolçu-məşqçi kimi yanaşırıq. Amma Qara ilə neçə il bir yerdə oynamışıq. Onun komandaya gəlməsini ən çox istəyənlərdən biri də mən idim. Sağ olsunlar, rəhbərlik də, baş məşqçi də dəstəklədi. Qara sözünü demiş, keyfiyyətli, xarakterli futbolçudu. Futboldan çox küsmüşdü. Onu çox incitmişdilər. Əvvəlki Qaranı geri qaytarmaq üçün əlimizdən gələni etdik. Qara da bizi başa düşdü, komandaya gəldi. 4 ay idi bu insan futbol oynamırdı, “Zirə” ilə oyunda 74 dəqiqə oynadı. Həqiqətən də verdiyimiz tapşırıqları yerinə yetirməyə çalışdı. Qaranın yetərincə təcrübəsi var, elə böyük iş yoxdu. Onu əvvəlki psixologiyasına qaytarmaq lazımdı, qalan şeyləri özü artıqlamasıyla bizim üçün edəcək.
 - Meydandan uzaq qalması fiziki durumuna çox təsir edib?
- Qara fərdi məşq edib. Həm oynayanda, həm də oynamayanda heç  vaxt məşqdən qalmırdı. Amma psixoloji durumu yerində deyildi. Qara ilə həm telefonda, həm görüşüb çox danışdım. Həqiqətən psixologiyası pis vəziyyətdə idi, hətta bir ara futbolu bitirmək də istəyirdi. Amma Qaranın bu yaşda, bu səviyyədə, bu fiziki durumda karyerasını bitirməsi Azərbaycan futbolu adına acınacaqlı olardı. Şükür, sözümə qulaq asdı, geri qayıtdı. İnanıram ki, Qara daha yaxşı olacaq və ən yaxşı oyunları hələ qarşıdadı.
 - Yığmaya da qayıda bilər?
- Niyə qayıda bilməsin ki?! Millinin qapılari hamı üçün açıqdı. Millidən oynayan futbolçuların heç biri Qaradan artıq deyil. Hətta Qara indiki durumda bəlkə onlardan da yaxşı durumdadı. Bir qədər forma yığandan sonra inanıram ki, milliyə necə layiq futbolçu olduğunu təkrar meydanda göstərəcək. Yeni baş məşqçi gəldi,  inanıram ki, onu dəyərləndirib yenidən milliyə qaytaracaq. Çünki Qara həm təcrübəsinə, həm də topla rəftarına baxanda hər cəhətdən orta sahədə üstündü. Ona görə Qaranı qaytarmaq yığma üçün də daha yaxşı olacaq. Sadəcə, daha yaxşı forma yığmalıdı ki, yenidən dəvət alsın. Məncə, heç bir problem də olmayacaq.
- Tam formaya düşməsi üçün nə qədər vaxt lazımdı?
- Məncə, Qara 3-4 oyundan sonra tam formaya düşəcək. Bəlkə də iki matçdan sonra. Çünkü fiziki durumu yerindədi. Məsələ psixoloji vəziyyətində, o da gəldi, bizdə yaxşı ab-hava gördü. Deyir ki, arzuladığım yerə gəlmişəm. Həqiqətən çox sevinir, biz də həmçinin. Bircə qalır formasını tam yığmaq, o da iki oyuna tam yerinə düşər. Daha da keyfiyyətli, əvvəlki Qaranı görəcəyik.

- "Zirə" ilə oyundan sonra Elmar Baxşıyev dedi ki, nə mən, nə də futbolçular avrokuboklar barədə düşünürük. Amma iştah diş altındadı. Titul barədə düşünmürsüzmü?

- Əlbəttə, titul hər komanda, hər kəs üçün üstünlükdü. Amma biz onu düşünsək, özümüzü aldatmış olarıq. Hazırda oyunumuzu daha da “artırmalıyıq”. Komanda oyununu yaxşılaşdırmağı fikirləşirik. Kubokda da əlimizdən gələni edəcəyik. Düzdü, heyətimiz o qədər geniş deyil ki, kubokda və çempionatda fərqli heyətlə oynayaq. Hələ o səviyyəyə gəlib çatmamışıq. Amma əlimizdən gələnin ən yaxşısını edəcəyik. Nə qədər irəli gedə biliriksə, ora çataq.

 - Hazırda diqqət mərkəzinizdə olan futbolçu varmı? Hansı mövqeləri gücləndirməyi düşünürsüz?

 - Bəli, bir neçə futbolçu var. Amma qışda danışmaq istəyirik. Azərbaycanlı da var, əcnəbi də. Bunun üzərində işləyirik. Komanda üçün nə yaxşıdısa, onu etmək fikrindəyik. Çalışırıq ki, əsasən orta xətti və hücumu gücləndirək.
 - "Araz-Naxçıvan"in Naxçıvana köçəcəyi deyilir. Naxçıvanda oynamaq çıxışınıza necə təsir göstərə bilər?
- Bu söz-söhbət çox deyilir. Həqiqətən biz özümüz də çox istəyirik ki, Naxçıvanda oynayaq. "Qarabağ"ın heyətində dəfələrlə Naxçıvanda oynamışam. 11-12 min tamaşaçı gəlirdi. Bu, komanda üçün böyük üstünlükdü. Amma bizdən aslı olmayan səbəblər var. Söz-söhbət gəzir ki, tenderi udublar, stadion tikiləcək. Amma biz o şeylərə qarışmırıq, vaxtımız da yoxdu. Olsa, əlbəttə, sevinəcəyik. Can-başla gedib naxçıvanlılarin qarşısında oynayacağıq. Bilirik ki, hər komanda üçün orda bizə qarşı oynamaq çətin olacaq.

- Çempionatda hansı komandaları özünüzə əsas rəqib kimi görürsüz?

 - Açığı, ölkə çempionatı çox çətindi. Baxmayaraq ki, kimdənsə öndəsən, sabah autsayderə uduza bilərsən. Heç kim məğlubiyyətdən “sığortalanmayıb”. "Neftçi", "Zirə", "Turan Tovuz" keyfiyyətli klublardı. 
RÖYANƏ OĞUZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Noyabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1199

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see166

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see132

Səbail in yerli oyunçulardan ibarət 11 liy i məlumdur ADLAR

15 İyul 2025 17:49see115

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see113

Hansı atalar qız övladlarına daha çox qayğı göstərir?

15 İyul 2025 20:22see113

Sənaye sahəsi üzrə biznes kredit portfeli 2,6 milyard manatı ötüb

15 İyul 2025 15:17see112

Ursula von der Leyen Trampa nifrət edir

15 İyul 2025 14:24see112

İranla Rusiya arasında əlaqələr PİSLƏŞİB

15 İyul 2025 18:40see112

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

16 İyul 2025 00:37see111

Tramp: Zelenski Moskvaya atəş açmamalıdır KONKRET

15 İyul 2025 21:54see111

Zelenski Trampdan Moskvaya zərbə endirmək üçün silah istədi: Versəniz, vurarıq

15 İyul 2025 14:04see111

DİN vətəndaşların şəxsi məlumatlarını xarici kiberbunkerlərə ötürən şəxsi ifşa etdi

15 İyul 2025 15:12see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see111

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see111

ABŞ Ali Məhkəməsi Trampa “yaşıl işıq” yandırdı Təhsil Nazirliyini ləğv edilməsi qanuni sayıldı

15 İyul 2025 17:51see110

“Sənsizliyimizdən 40 gün keçir...”

15 İyul 2025 15:50see109

Rusiyadan yeni qadağa: Azərbaycanlılar evə pul göndərə bilməyəcəklər

15 İyul 2025 16:51see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri