Icma.az
close
up
RU
Bu skuterin sürəti 160 km/saat olacaq

Bu skuterin sürəti 160 km/saat olacaq

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Keçmiş “Williams” “Formula 1” mühəndisi tərəfindən qurulan Britaniyanın “Bo” şirkəti özünün flaqman məhsulu olan ultra dəbli alüminium “Model-M” elektrik skuteri ilə rekord vurmağa hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, adi versiyada skuter 400 vattlıq mühərriki ilə 40 kilometrə qədər məsafəni 25 km/saat sürətlə hərəkət edə bilir.
Bununla belə, skuterin digər versiyası təkmilləşdirilmiş parametrlərə malik xrom modifikasiyası ilə 60 km məsafə və 35 km/saat sürət əldə etməyə imkan verir. Bu isə onu gündəlik nəqliyyat vasitəsindən daha çox lüks əşyaya çevirir.
Buna baxmayaraq, şirkətin mühəndisləri bu yaxınlarda skuter üçün 160 km/saat fantastik sürət əldə etməyə imkan verən “Turbo” adlı modeli təqdim ediblər.
Yeni versiyaya pik cərəyanı 300 A olan iki motor təkəri, 20,4 Ah tutumlu 88 voltluq akkumulyator və hava kanalları olan soyutma sistemi daxildir.
İngiltərədəki Qudvud avtdromundakı sınaqlar zamanı prototip 135 km/saat sürət göstərib. Lakin mühəndislər bununla kifyətlənmək niyyətində deyillər. Onlar Amerikanın Yuta ştatının məşhur düzənliklərində elektrik skuteri üçün 160 km/saatlıq rəsmi sürət rekordu vurmağı planlaşdırırlar.
Qeyd edək ki, 1949-cu ildən burada hər il “Sürət Həftəsi” keçirilir. Reqlamentə əsasən, rekordun rəsmi tanınması üçün 60 dəqiqə ərzində ən azı 2 gediş-dönüş hərəkəti yerinə yetirilir. Bundan sonra orta sürət hesablanır. Bu yanaşma külək və yol xüsusiyyətlərinin təsirini istisna edir.
Xatırladaq ki, “Bo”nun yeni “sürət rekordçusu”nun qiyməti 30 min dollardır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 11 Avqust 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri