Icma.az
close
up
RU
“Bu streotip qadının zorakılıq və hüquqsuzluq konteksini kölgədə qoyur”

“Bu streotip qadının zorakılıq və hüquqsuzluq konteksini kölgədə qoyur”

Icma.az, Adelet.az saytına istinadən bildirir.

“Tarixi baxış göstərir ki, dilənçilik sadəcə bir iqtisadi fəaliyyət növü deyil, eyni zamanda sosial münasibətlərin və mədəni narrativlərin nəticəsi kimi meydana çıxmış bir fenomendir. Orta əsrlərdən etibarən dilənçi qadın və uşaqlar ictimaiyyətin həm rəhm hisini oyadan, həm də təhlükə mənbəti kimi qəbil edilən ikili simvoluna çevrilmişdir. Xüsusilə dini mədəniyyətlərdə dilənçiliyə “səxavət göstərmək üçün fürsət” kimi baxılsa da, eyni zamanda əxlaqi zəiflik, tənbəllik və sosial pozğunluq kimi mənfi yüklənmiş anlamlarla da müşayiət olunmuşdur”. 

Bunu Adalet.az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. 

O bildirib ki, 16-18-ci əsrlərdə Avropa və Osmanlı məkanında qadın dilənçilər çox zaman “cəza obyekti” kimi təqdim edilirdi:

“Onları küçədən uzaqlaşdırmaq, işlə təmin etməklə deyil, cəzalandırmaqla “problemi aradan qaldırmaq” dominant siyasət idi. Eyni dövrlərdə uşaq dilənçiliyi isə ya ailə tərəfindən alətə çevrilmiş, ya da kimsəsiz, yetim uşaqların sağ qalma strategiyası kimi təqdim olunmuşdur. 

Azərbaycan konteksində də dilənçilik ənənəsi və ona münasibət müxtəlif dövrlərdə dəyişiklik göstərmişdir. Sovet dövründə rəsmi ideologiya dilənçiliyi “sinfi cəmiyyət qalığı” və “anti-sosialist davranış” kimi qəbul etdiyi üçün bu praktika sərt şəkildə qadağan olunmuş və hüquqi təqiblərlə müşayiət olunmuşdur. Lakin postsovet dövründə iqtisadi iqtisadi transformasiya, sosial müdafiə sistemlərinin zəifləməsi və etnik azadlıqların (xüsusilə qaraçı qadın və uşaqların) marginallaşdırılması ilə dilənçilik yenidən sosial səhnəyə qayıtmışdır. 

Müasir dövrdə isə dilənçi qadın və uşaqlar bir sıra dərin streotiplərin daşıyıcısına çevrilmişdir. Bu streotiplər çox zaman onların sosial ehtiyaclarını görməzdən gəlməyə, hüquqi statuslarını tanımamağa və humanitar dəstəkdən uzaqlaşdırmağa xidmət edir. Ən çox yayılmış streotiplər aşağıdakılara daxildir:

“Qəsdən kasıb olanlar” və ya “tənbəl” obrazı – Dilənçilik sanki şəxsi seçim və əməkdən yayınma kimi təqdim edilir. Bu yanaşma struktur yoxsulluğu və sistemli ayrı-seçkiliyi nəzərə almır. 

“İstismarçı və manipulyator qadın” obrazı – Xüsusilə uşaqlı dilənçi qadınlar “uşaqlarını istismar edən” şəxslər kimi təsvir olunur. Bu streotip qadının məcburiyyət, zorakılıq və hüquqsuzluq konteksini kölgədə qoyur. 

“Qaraçı qadın = dilınçi” streotipi – Azərbaycanda və digər postsovet ölkələrində qaraçı mənşəli qadınların avtomatik olaraq dilənçiliklə assosiasiya edilməsi onların hım etnik, həm gender, həm də sosial baxımdan üçqat damğalanmasına səbəb olur. 

“Sistemə təhlükə yaradanlar” kimi damğalanma – Dilənçi uşaqlar və qadınlar təhlükəli, ictimai asayişə təhdid, turizmin imicini pozan faktor kimi qəbul edilərək “problemin özüdürlər”, “qurban deyil” anlayışı formalaşır”. 

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 Noyabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see262

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see248

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see200

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see169

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see160

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see159

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see145

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see145

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see139

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see139

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see138

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see136

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see136

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see135

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see135

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see134

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see131

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri