Icma.az
close
up
RU
Qırmızı diplom keyfiyyət anlayışını kölgədə qoyur... Ekspertdən AÇIQLAMA

Qırmızı diplom keyfiyyət anlayışını kölgədə qoyur... Ekspertdən AÇIQLAMA

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Ölkəmizdə ali təhsilini fərqlənmə ilə başa vuran tələbələrə xüsusi qırmızı diplom verilir. Lakin məzunlar bildirirlər ki, onların yüksək bilik və bacarıqlarının göstəricisi olaraq tanınan bu diplom əmək bazarında heç bir üstünlük təmin etmir. Buna görə də ali məktəbi fərqlənmə diplomu ilə bitirən məzunlara müəyyən güzəştlər verilməsi məsələsi son zamanlar gündəmdədir. 

Maraqlıdır, bu gün universitetlərdə verilən qırmızı diplomlar tələbələrə nə vəd edir?

Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, qırmızı diplom illərdir, ali təhsil sisteminin bir simvolu kimi qalsa da, real iş bazarında heç bir üstünlük qazandırmır. 

Onun sözlərinə görə, işəgötürənlər üçün artıq yüksək qiymətlər deyil, məzunların real bacarıqları, təcrübəsi və şəxsi keyfiyyətləri önəmlidir:

“Azərbaycanda hələ də qırmızı diplomlar rəsmi fərqləndirmə olaraq qalır, amma onların iş həyatında praktiki dəyəri sıfıra yaxındır. Sovet dövründən qalma bu sistem bir çox ölkədə artıq ləğv edilib və fərqlənmə yalnız akademik araşdırmalar, tədqiqatlar və tətbiqi biliklər əsasında verilir. ABŞ və Avropada  universitetlər fərqləndirilməni “cum laude”, “magna cum laude” və “summa cum laude” kimi mərhələli sistemlə aparır, burada tələbənin akademik nailiyyətləri ilə yanaşı, elmi fəaliyyətləri və sosial aktivliyi də nəzərə alınır. Finlandiya və Almaniyada isə qırmızı diplom anlayışı mövcud deyil, onun yerinə məzunların bilikləri və bacarıqları konkret imtahanlar və praktiki layihələrlə qiymətləndirilir. Azərbaycanda isə bu hələ də formal bir göstərici olaraq qalır və tələbələrin iş həyatında heç bir real üstünlük qazanmır”.

Ekspert qeyd edib ki, qırmızı diplomun verilməsinin davam etdirilməsi təhsildə keyfiyyət anlayışını kölgədə qoyur və tələbələri real bilik və bacarıqlar qazanmaq əvəzinə sadəcə yüksək qiymət dalınca qaçmağa sövq edir:

“Əgər sistem dəyişməzsə, növbəti illərdə də işəgötürənlər üçün bu sənəd sadəcə kağız parçası olaraq qalacaq. Təhsil sistemində əsas dəyişiklik diplomun rəngi deyil, məzmunu olmalıdır”. 

Firuzə Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 Fevral 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see666

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see352

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see325

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see314

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see313

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see293

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see285

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see282

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see266

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see239

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see228

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see227

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see227

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see220

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see217

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see212

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see186

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see179

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri