Bu tarixdən Xəzərdə balıq ovuna qadağa tətbiq olunacaq
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mayın 1-dən tXəzər hövzəsində balıq ovuna mövsümi qadağa tətbiq ediləcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" Publik Hüquqi Şəxsi məlumat yayıb.
Mövsümi qadağa müddətində sənaye və həvəskar balıq ovu qəti şəkildə qadağandır və bu qaydaları pozan şəxslər barəsində qanuni tədbirlər görüləcək.
Xatırladaq ki, aprelin 1-dən Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"na əsasən, kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında aprelin 1-dən sentyabrın 1-dək qadağan edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 29 Aprel 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















