Icma.az
close
up
RU
Xəzərdə balıq böhranı

Xəzərdə balıq böhranı

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirib ki, bu il həm Xəzər dənizində, həm də daxili sularda balıq ehtiyatlarının qiymətləndirilməsi elmi əsaslarla həyata keçirilib.

O vurğulayıb ki, bu proses Türkiyədən olan mütəxəssislər, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşlarının iştirakı ilə birgə aparılıb.

C.Əliyevin sözlərinə görə, həmin qiymətləndirmələr əsasında gələcək illərin ehtiyatların bərpası üçün balıq buraxılışlarının sayını müəyyənləşdirilib:

"Eyni zamanda, kvota hədləri da müəyyən olunub. Bu proses zamanı bəzi vacib məqamlar üzı çıxdı. Bəzi növ balıqların nəzarətsiz artması qeydə alındı. Eyni zamanda, bəzi balıqların, xüsusilə çəkikimilərin sayının azalması üzə çıxdı.
Mərhələli şəkildə ehtiyatların bərpası üçün, xüsusən daxili sularda Kür-Araz və ona bağlı digər dağ çaylarında çəkikimlərin bərpası üçün növbəti illərdə bir proqram hazırlanacaq".

Göründüyü kimi, Xəzər dənizində və daxili sularda balıq ehtiyatlarının azalması narahatlıq doğurur. Bəs azalma və kökü kəsilmə təhlükəsi altında olan balıq növləri hansılardır?

Ekoloq Fikrət Cəfərov Xəzər dənizində balıq ehtiyatlarının azalmasının əsas səbəblərini "Cebheinfo.az"-a açıqlayıb.

Onun sözlərinə görə, Xəzərin səviyyəsinin aşağı düşməsi, çayların axınının azalması balıq populyasiyasına təsir edir:

"Bu gün Xəzərdə bütün vətəkə balıq növlərinin - kilkə, çəkikimilər və nərə balığının populyasiyaları əhəmiyyətli dərəcədə azalır. Mən qeyd olunan tədqiqatların nəticələrini görməmişəm. Lakin populyasiyanın azalması bir növün nəsli kəsilməkdə olduğunu göstərən göstərici deyil".

Mütəxəssis qeyd edib ki, bu balıqlar kommersiya dəyərinə malikdir:

"Bu balıqların hamısı kommersiya növləridir. Onların populyasiyanın azalması iqtisadi itkilərə səbəb olacaq. Eyni zamanda, bu cür araşdırmaların aparılması və əmtəəlik balıqların populyasiyasının bərpası proqramının işlənib hazırlanmasına başlanması onların ehtiyatlarına müsbət təsir göstərə bilər".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see387

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see259

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see258

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see251

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see250

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see249

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see247

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see244

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see243

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see242

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see232

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see225

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see223

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see222

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see222

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see222

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see222

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see221

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see220

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri