Bu tarixi gün regionda yeni düzənin formalaşmasının başlanğıcı idi
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu gün Dövlət Suverenliyi Günüdür. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 20-də Dövlət Suverenliyi Günü qeyd edilir.
Bu tarixi gün regionda yeni düzənin formalaşmasının başlanğıcı idi.
Qarabağı işğaldan azad edən gənclər Ulu Öndər Heydər Əliyev məktəbinin, cənab Prezident Ilham Əliyev idarəçiliyinin yetirmələridir. Ərazi bütövlüyü və suverenliyimizin banisi Ümummilli Liderimiz, onu reallaşdıran isə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz oldu.
Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələri arasında ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ilk dövlətdir. Yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi çağrışlara rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çox vektorlu siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib. 2003-cü ildən sonra, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə son 23 ildə 45 dəfədən çox artaraq 2 milyard dollardan 91 milyard dollara çatıb.
Yeni dövrün yeni hədəfləri kontekstində Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi, o cümlədən rəqabətin gücləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, gizli iqtisadiyyatın aradan qaldırılması kimi strateji tədbirləri müşahidə edəcəyik.
Vüqar Bayramov,
Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:Regionda yeni siyasi düzənin memarı
05 May 2026 12:10
Trampın Ankara səfəri: Yeni geosiyasi düzənin başlanğıcı?
07 İyul 2026 22:49
“Bu görüş regionda yeni əməkdaşlıq mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər”
13 Oktyabr 2025 11:06
“Tramp marşrutu”: Regionda yeni geosiyasi mərhələnin başlanğıcı?
04 Sentyabr 2025 15:03
Yeni tarixi mərhələnin başlanğıcı
11 Avqust 2025 15:35
Baxış sayı:127
Bu xəbər 20 Sentyabr 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















