Bu tarixlərdə yararsız pullarınızı dəyişdirə bilməyəcəksiniz
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sentyabrın 17-18-də Azərbaycan Mərkəzi Bankının (AMB) Bülbül prospekti, 27 ünvanında yerləşən inzibati binasındakı “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək.
“Qafqazinfo” xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) vətəndaşlara müraciətində bildirilib.
Qeyd edək ki, “Nağd pul ofisi” Mərkəzi Bank tərəfindən əhalidə olan tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı və əhalinin nağd pulla bağlı sorğularının cavablandırılması məqsədilə fəaliyyət göstərir.
Bildirilib ki, “Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcəkdir.
Baxış sayı:26
Bu xəbər 16 Sentyabr 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















