Bu, təbii ki, bizə taktiki planda çətinlik yaradacaq Faiq Hacıyev
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yeni mövsümdə ilk oyunumuzu "İmişli"yə qarşı keçirəcəyik. Rəqib Premyer Liqada debüt etməyə hazırlaşsa da, bizi çətin oyun gözlədiyini bilirik".
Bunu Fanat.Az-a açıqlamasında "Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev deyib.
O, "İmişli"nin "sirli qutu" olduğunu vurğulayıb: "Rəqibi yaxşı tanımırıq. Yeni yığılmış komandadır. Necə oynayacaqlarını, nəyə qadir olduqlarını bilmirik. Bu, təbii ki, bizə taktiki planda çətinlik yarada bilər. İlk oyunlar həmişə ağır olur. Uğurlu start bizim üçün önəmlidir. Çempionata yaxşı nəticə ilə başlamaq istəyirik. Allah qoysa, bunu bacaracağıq".
Qeyd edək ki, "İmişli" – "Turan Tovuz" oyunu avqustun 16-da keçiriləcək. Şamaxı şəhər stadionunda reallaşacaq qarşılaşmanın start fiti 17:00-da səsləndiriləcək.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 12 Avqust 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















