Icma.az
close
up
RU
Faiq Hacıyev: Bu cür matçlar bizə dərs olacaq

Faiq Hacıyev: Bu cür matçlar bizə dərs olacaq

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Turan Tovuz"un futbolçusu Faiq Hacıyev Sport24.az-a müsahibəsi

- "Kəpəz"lə vacib qarşılaşmada xal itirdiniz. Oyunla bağlı nə deyə bilərsən?
- ⁠Matça yaxşı hazırlaşmışdıq. "Kəpəz"lə qarşılaşmanın çətin olacağını bilirdik. Qərb derbisi həmişə maraqlı olur. İstədiyimiz nəticə qalib gəlmək idi. Yevlaxa da bunun üçün gəlmişdik. Qalib gəlməməyimiz bizim üçün pis oldu. Bundan nəticə çıxarıb növbəti oyuna hazırlaşacayıq.

- ⁠Səncə, 1 xal qazandınız, 3 xal itirdiniz?
- ⁠Hazırda hər qazanılan xal bizim üçün önəmlidir. Qazanılan xallar bizi turnir cədvəlindəki rəqiblərimizdən uzaqlaşdırır. Deyərdim ki, 1 xal qazandıq. 3 xal itirdik desəm, Gəncə komandasının əziyyətini yerə vurmuş olaram.

- ⁠Uzun müddət sonra şans qazandın. Öz oyununu necə dəyərləndirirsən?
- ⁠Düzdür, çoxdandı oynamırdım. Mən də forma şansı qazanmaq istəyirəm. Baş məşqçi sağ olsun, şans verdi.

- ⁠Kurban Berdiyev mətbuat konfrasında bildirdi ki, komanda turnir cədvəlində özündən aşağı komandalara qarşı matçlara köklənməkdə çətinlik çəkir. Bunu nə ilə əlaqələndirmək olar?
- ⁠Düzdür, son oyunlarda autsayderlərlə qarşılaşmalarda xallar itiririk. Deməzdim komandada arxayınlaşma var. Rəqiblər bizə qarşı daha motivasiyalı olur. Onların daha motivasiyalı olmağı bizə təsir edir. Bu cür matçlar bizə dərs olacaq.

- ⁠Bu tur "Zirə" xal itirdi. Bu baxımdan rahatlıq var idimi?
- ⁠Rahatlıq olmamalıdır. 3 xallıq periodda hər itirilən xala görə, rəqiblər turnir cədvəlində bizə çata bilər. "Zirə" ilə aramızda böyük xal fərqi yoxdur. Çempionat uzun marafondur. Rahatlaşmaq olmaz.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://sport24.az
archiveBu xəbər 16 Mart 2026 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri