Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Bu tədbir həm ölkəmiz, həm də xalqımız üçün ümdə resurslar müəyyənləşdirir ŞƏRH EDİLDİ

Bu tədbir həm ölkəmiz, həm də xalqımız üçün ümdə resurslar müəyyənləşdirir ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Müasir şəhərsalma işinin əsas prioritetləri məxsusi olaraq insanların həyat keyfiyyətinin yüksəldilməsinə, ekoloji davamlılığa, inklüzivliyə və iqtisadi səmərəliliyə xidmət edir. Bu işin ictimai önəmi də, siyasi istiqaməti də məhz insan amilinə əsaslanır. Bu prioritetləri əlində əsas tutduğu üçün Azərbaycan dövləti ölkəmizdə bu işin mahiyyətini tam açmaq, insan resurslarını ictimai örnəklər kimi təqdim etmək məqsədilə Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının keçirilməsini önəmli hesab etdi". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, Bakı yenə dünyanın diqqət mərkəzindədir:

"Mayın 17-dən başlayaraq paytaxtımızda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası işinə start verib və bu proses artıq dünya miqyasında da böyük maraq və diqqətlə qarşılanır. Əlbəttə, Forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin yüksək beynəlxalq nüfuzunu və Azərbaycanın qlobal platformalarda getdikcə artan rolunu aydın şəkildə nümayiş etdirir. Nəzərə alaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası COP29-dan sonra ölkəmizin ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq tədbirdir. Bununla Azərbaycanın beynəlxalq əməkdaşlıq məkanında artan siyasi çəkisi bir qədər aydın görünür və bütün bu uğurlar dövlətimizin iqtisadi inkişaf göstəricisidir.

Bu, həm də onu ifadə edir ki, ölkəmiz beynəlxalq siyasi, iqtisadi və humanitar platformalarda etibarlı tərəfdaş, mühüm təşəbbüslərin müəllifi və nüfuzlu təşkilatçıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası zamanı çıxışında dünyanı narahat edən bir sıra məsələlərə diqqət çəkib, müasir şəhərsalma siyasətinin əsas istiqamətlərini, Azərbaycanın urbanizasiya təcrübəsini, tarixi-mədəni irsin qorunması sahəsində həyata keçirilən genişmiqyaslı işləri bu siyasətin bariz hissəsi kimi xarakterizə edib və bütün bunları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Ölkə rəhbərinin çıxışında çox aydın diqtə edilib ki, şəhərsalma məsələləri təkcə bir tədbir çərçivəsi deyil, həm də Azərbaycanın qədim dövlətçilik ənənələrinə, memarlıq irsinə, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, ekoloji yenilənmə siyasətinə və dayanıqlı inkişaf modelinə dair mühüm mesajlardır. Bu istiqamətdə bundan sonra da beynəlxalq aləmin diqqəti məhz bu kimi məsələlərə yönəldiləcək.

Azərbaycanın coğrafi və mədəni baxımdan Şərqlə Qərbin qovşağında yerləşdiyi bir ölkələrə bəllidir. Prezident İlham Əliyev də məhz bu prizmadan yanaşaraq çıxışında bu prosesin böyük önəm kəsb edtiyini xüsusi vurğuladı və əlavə olaraq dedi: “Bu unikal xüsusiyyət ölkəmizin memarlığında və şəhərsalma ənənələrində də aydın şəkildə öz əksini tapır. Bakının timsalında qədimliklə müasirliyin harmonik vəhdəti açıq şəkildə müşahidə olunur. İçərişəhər kimi qədim memarlıq məkanları ilə müasir urbanizasiya layihələrinin yanaşı mövcudluğu Azərbaycanın tarixi irsə həssas və məsuliyyətli münasibətinin bariz nümunəsidir. Vaxtilə cəmi üç kilometr uzunluğunda olan Bakı Bulvarının bu gün 15 kilometrdən artıq ərazini əhatə etməsi isə paytaxtın müasir inkişaf modelinin və uğurlu şəhərsalma siyasətinin simvoluna çevrilib. Qədim Azərbaycan memarlığı yalnız estetik deyil, eyni zamanda funksional xarakter daşıyır. Lahıc kəndində yüzillər əvvəl yaradılmış kanalizasiya və su sistemlərinin bu gün də işlək vəziyyətdə olması əcdadlarımızın yüksək mühəndislik təfəkkürünün, texniki biliklərinin və uzaqgörən şəhərsalma mədəniyyətinin nadir nümunəsidir. Bu fakt Azərbaycan xalqının qədim dövrlərdən etibarən şəhərsalma və memarlıq sahəsində yüksək inkişaf səviyyəsinə malik olduğunu bir daha təsdiqləyir.

Ümumdünya Şəhərsalma Forumu bir daha nümayiş etdirir ki, Azərbaycan yalnız regionun deyil, bütövlükdə beynəlxalq məkanın mühüm şəhərsalma, urbanizasiya və davamlı inkişaf mərkəzlərindən birinə çevrilməkdədir. Elə əvvəlki illərdə - ümummilli lider Heydər Əliyevin də başladığı qlobal proqramların hamısı məhz bu prosesə dəlalət edirdi. O dövrdə də dahi rəhbərin həyata keçirdiyi bütün layihələr insanların rifahının yüksəldilməsinə, tarixi yaddaşın qorunmasına və gələcək nəsillər üçün sağlam urbanizasiya mühitinin yaradılmasına xidmət edirdi.

Bakıdakı Sessiyada WUF13-ün əsas müzakirə istiqamətləri bunlardır: mənzil və şəhər inkişafı məsələlərinə görə cavabdehlik, daha inklüziv və iqlimə davamlı şəhər və icmalar yaratmaq cəhdləri, mənzil təminatının əsas prioritet kimi ön plana çəkilməsi, şəhərlərin gələcəyinə dair strateji prioritetləri müəyyənləşdirmək, beynəlxalq əməkdaşlığı gücləndirmək, Yeni Şəhərsalma Gündəliyinə töhfə vermək və s. Bu istiqamətlərin hamısı 17-22 may tarixlərində Bakıda keçirilən Sessiyada tamlığı ilə iştirakçıların və hər kəsin diqqətinə çatdırılacaq, bu məsələlər ətrafında ümumi müzakirələr aparılacaq. Qeyd edək ki, ölkəmizin paytaxtında keçirilən WUF13 tədbiri “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş mötəbər bir forum-tədbirdir. Bu tədbir həm ölkəmiz, həm də xalqımız üçün ümdə resurslar müəyyənləşdirir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 May 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see303

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see300

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see282

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see282

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see281

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see281

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see274

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see274

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see272

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see266

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see248

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see243

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see241

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see237

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see235

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see235

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see233

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see229

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see229

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri