Icma.az
close
up
RU
Ümdə resurslar müəyyənləşdirən forum

Ümdə resurslar müəyyənləşdirən forum

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Müasir şəhərsalma işinin əsas prioritetləri məxsusi olaraq insanların həyat keyfiyyətinin yüksəldilməsinə, ekoloji davamlılığa, inklüzivliyə və iqtisadi səmərəliliyə xidmət edir. Bu işin ictimai önəmi də, siyasi istiqaməti də məhz insan amilinə əsaslanır. Bu prioritetləri əlində əsas tutduğu üçün Azərbaycan dövləti ölkəmizdə bu işin mahiyyətini tam açmaq, insan resurslarını ictimai örnəklər kimi təqdim etmək məqsədilə Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının keçirilməsini önəmli hesab etdi. 

Bakı yenə dünyanın diqqət mərkəzindədir. Mayın 17-dən başlayaraq paytaxtımızda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası işinə start verib və bu proses artıq dünya miqyasında da böyük maraq və diqqətlə qarşılanır. Əlbəttə, Forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin yüksək beynəlxalq nüfuzunu və Azərbaycanın qlobal platformalarda getdikcə artan rolunu aydın şəkildə nümayiş etdirir.

Nəzərə alaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası COP29-dan sonra ölkəmizin ev sahibliyi etdiyi ikinci ən böyük beynəlxalq tədbirdir. Bununla Azərbaycanın beynəlxalq əməkdaşlıq məkanında artan siyasi çəkisi bir qədər aydın görünür və bütün bu uğurlar dövlətimizin iqtisadi inkişaf göstəricisidir.

Bu, həm də onu ifadə edir ki, ölkəmiz beynəlxalq siyasi, iqtisadi və humanitar platformalarda etibarlı tərəfdaş, mühüm təşəbbüslərin müəllifi və nüfuzlu təşkilatçıdır.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2026-cı il mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası zamanı çıxışında dünyanı narahat edən bir sıra məsələlərə diqqət çəkib, müasir şəhərsalma siyasətinin əsas istiqamətlərini, Azərbaycanın urbanizasiya təcrübəsini, tarixi-mədəni irsin qorunması sahəsində həyata keçirilən genişmiqyaslı işləri bu siyasətin bariz hissəsi kimi xarakterizə edib və bütün bunları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Ölkə rəhbərinin çıxışında çox aydın diktə edilib ki, şəhərsalma məsələləri təkcə bir tədbir çərçivəsi deyil, həm də Azərbaycanın qədim dövlətçilik ənənələrinə, memarlıq irsinə, Qarabağ və Şərqi Zəngəzurun bərpasına, ekoloji yenilənmə siyasətinə və dayanıqlı inkişaf modelinə dair mühüm mesajlardır.  Bu istiqamətdə bundan sonra da beynəlxalq aləmin diqqəti məhz bu kimi məsələlərə yönəldiləcək.

Azərbaycanın coğrafi və mədəni baxımdan Şərqlə Qərbin qovşağında yerləşdiyi bir çox ölkələrə bəllidir. Prezident İlham Əliyev də məhz bu prizmadan yanaşaraq çıxışında bu prosesin böyük önəm kəsb etdiyini xüsusi vurğuladı və əlavə olaraq dedi: “Bu unikal xüsusiyyət ölkəmizin memarlığında və şəhərsalma ənənələrində də aydın şəkildə öz əksini tapır. Bakının timsalında qədimliklə müasirliyin harmonik vəhdəti açıq şəkildə müşahidə olunur. İçərişəhər kimi qədim memarlıq məkanları ilə müasir urbanizasiya layihələrinin yanaşı mövcudluğu Azərbaycanın tarixi irsə həssas və məsuliyyətli münasibətinin bariz nümunəsidir. Vaxtilə cəmi üç kilometr uzunluğunda olan Bakı Bulvarının bu gün 15 kilometrdən artıq ərazini əhatə etməsi isə paytaxtın müasir inkişaf modelinin və uğurlu şəhərsalma siyasətinin simvoluna çevrilib. Qədim Azərbaycan memarlığı yalnız estetik deyil, eyni zamanda funksional xarakter daşıyır. Lahıc kəndində yüzillər əvvəl yaradılmış kanalizasiya və su sistemlərinin bu gün də işlək vəziyyətdə olması əcdadlarımızın yüksək mühəndislik təfəkkürünün, texniki biliklərinin və uzaqgörən şəhərsalma mədəniyyətinin nadir nümunəsidir. Bu fakt Azərbaycan xalqının qədim dövrlərdən etibarən şəhərsalma və memarlıq sahəsində yüksək inkişaf səviyyəsinə malik olduğunu bir daha təsdiqləyir”.

Ümumdünya Şəhərsalma Forumu bir daha nümayiş etdirir ki, Azərbaycan yalnız regionun deyil, bütövlükdə beynəlxalq məkanın mühüm şəhərsalma, urbanizasiya və davamlı inkişaf mərkəzlərindən birinə çevrilməkdədir. Elə əvvəlki illərdə - Ümummilli lider Heydər Əliyevin də başladığı qlobal proqramların hamısı məhz bu prosesə dəlalət edirdi. O dövrdə də dahi rəhbərin həyata keçirdiyi bütün layihələr insanların rifahının yüksəldilməsinə, tarixi yaddaşın qorunmasına və gələcək nəsillər üçün sağlam urbanizasiya mühitinin yaradılmasına xidmət edirdi.

Bakıdakı Sessiyada WUF13-ün əsas müzakirə istiqamətləri bunlardır: mənzil və şəhər inkişafı məsələlərinə görə cavabdehlik, daha inklüziv və iqlimə davamlı şəhər və icmalar yaratmaq cəhdləri, mənzil təminatının əsas prioritet kimi ön plana çəkilməsi, şəhərlərin gələcəyinə dair strateji prioritetləri müəyyənləşdirmək, beynəlxalq əməkdaşlığı gücləndirmək, Yeni Şəhərsalma Gündəliyinə töhfə vermək və s. Bu istiqamətlərin hamısı 17-22 may tarixlərində Bakıda keçirilən Sessiyada tamlığı ilə iştirakçıların və hər kəsin diqqətinə çatdırılacaq, bu məsələlər ətrafında ümumi müzakirələr aparılacaq.

Qeyd edək ki, ölkəmizin paytaxtında keçirilən WUF13 tədbiri “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş mötəbər bir forum-tədbirdir. Bu tədbir həm ölkəmiz, həm də xalqımız üçün ümdə resurslar müəyyənləşdirir.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://525.az
archiveBu xəbər 20 May 2026 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see305

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see270

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see258

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see254

Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz

20 Sentyabr 2026 01:01see247

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see243

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see240

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see239

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see238

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see236

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see235

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see228

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see226

Məşhur reper Bakıya gəlir

20 Sentyabr 2026 01:55see226

“Biz və bizim dağlar”: Sənət əsəri, yoxsa separatizmin simvolu?

19 Sentyabr 2026 20:47see205

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see204

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see192

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see190

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see189

Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? Video

20 Sentyabr 2026 04:07see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri