Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Bu tələbə və müəllimlərlə bağlı VACİB AÇIQLAMA Sadəcə 4 gün...

Bu tələbə və müəllimlərlə bağlı VACİB AÇIQLAMA Sadəcə 4 gün...

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yeni Sabah

Axtar...

Bu tələbə və müəllimlərlə bağlı VACİB AÇIQLAMA - Sadəcə 4 gün...

Bu tələbə və müəllimlərlə bağlı VACİB AÇIQLAMA - Sadəcə 4 gün...

Sosial

 13 Sentyabr 2025 12:04 77

Təhsil eksperti Kamran Əsədovun “Yeni Sabah”a müsahibəsi:

- Bakı Dövlət Universitetində bakalavriat pilləsi üzrə dərs cədvəllərində bir sıra ixtisaslarda, o cümlədən, jurnalistika ixtisasında həftəlik dərs yükü azaldılaraq 4 günə endirilib. Təkcə jurnalistika yox, başqa hansı ixtisaslarda dərslər 4 gün ola bilər?

- İlk növbədə qeyd edim ki, Azərbaycanda ali təhsil sistemində aparılan dəyişikliklər son illərdə təhsil prosesinin daha çevik, tələbə yönümlü və əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində həyata keçirilir. Bakı Dövlət Universitetində bəzi ixtisaslarda həftəlik dərs cədvəllərinin 4 günə endirilməsi də bu yanaşmanın davamıdır. Bu qərar təsadüfi deyil, çünki “Təhsil haqqında” Qanunun 13-cü maddəsinə əsasən, ali təhsil müəssisələrinin akademik müstəqilliyi təmin olunur və dərs yükünün tənzimlənməsi universitetlərin səlahiyyətinə verilir. Eyni zamanda, Nazirlər Kabinetinin 2010-cu ildə təsdiqlədiyi “Ali təhsil müəssisələrində tədrisin təşkili qaydaları” dərs yükünün fənlərin məzmunu, ixtisasın spesifikliyi və tələbələrin hazırlıq səviyyəsinə uyğun şəkildə müəyyən edilməsini nəzərdə tutur.Mövcud qaydalar fonunda atılan bu addım bir tərəfdən müasir təhsil fəlsəfəsinə, digər tərəfdən isə tələbələrin real ehtiyaclarına cavab verir. Rəsmi statistika göstərir ki, ölkə üzrə bakalavriat pilləsində bir tələbənin həftəlik auditoriya dərs yükü orta hesabla 28–32 saat təşkil edir. Jurnalistika, beynəlxalq münasibətlər, tarix, filologiya kimi ixtisaslarda fənlərin nəzəri xarakteri daha çox olduğuna görə bu dərs yükünü 4 günə toplamaq mümkündür. Lakin tibb, mühəndislik və pedaqoji ixtisaslarda laboratoriya və praktiki məşğələlərin sayı çox olduğundan bu modelin tam tətbiqi hələ ki, çətin görünür. pizza sifarişi

- Bu qərar tələbələrə hansı üstünlükləri verəcək?

- Tələbələrin baxımından yanaşdıqda, bu yenilik əlavə imkanlar yaradır. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 5-ci maddəsində qeyd olunur ki, təhsilalanların müstəqil öyrənməyə və əlavə təhsil xidmətlərindən istifadə etməyə hüququ var. Dərs günlərinin azalması isə məhz bu hüququn reallaşması üçün əlavə şəraitdir. Tələbələr daha çox vaxtı təcrübə keçməyə, əlavə kurslara, startap layihələrinə və ya iş fəaliyyətinə sərf edə biləcəklər. Dünya təcrübəsi göstərir ki, Finlandiya, Almaniya, Niderland kimi ölkələrdə ali təhsildə “flexible schedule” modeli geniş yayılıb və tələbələr təhsillə yanaşı əmək bazarında iştirak edə bilirlər. Azərbaycanda da bu addım Bolonya prosesinə inteqrasiyanın bir elementi kimi qiymətləndirilə bilər.

- Dərs günlərinin azalması təhsilin keyfiyyətinə təsir edəcək, ya yox?

- Mənfi tərəflərdən biri odur ki, dərs yükünün 4 günə sıxılması tələbələrin bir gündə çoxlu saatlarla auditoriyada oturmasına səbəb ola bilər. Bu isə həm diqqət itkisinə, həm də fiziki yorğunluğa gətirib çıxara bilər. Əgər dərslər səhərdən axşamadək uzanarsa, tələbələrin motivasiyası aşağı düşəcək.

- Bəs bu qərar müəllimlərin dərs yükünə və maaşına necə təsir edəcək?

- Digər risk isə bəzi müəllimlərin dərs saatlarının ixtisar ediləcəyi qorxusudur. Amma təhsil qaydaları aydın şəkildə göstərir ki, dərs günlərinin azalması dərs saatlarının azalması demək deyil, sadəcə onların daha optimal bölgüsü nəzərdə tutulur. Bu halda müəllimlərin maaşında dəyişiklik baş verməyəcək.

- Bu model gələcəkdə bütün ixtisaslara şamil oluna bilərmi?

- Elm və Təhsil Nazirliyinin bu qərarı dəstəkləməsi strateji baxımdan düzgün addımdır. Çünki nazirlik son illərdə “Təhsil haqqında Dövlət Strategiyası”nda qoyulan hədəflərə uyğun olaraq universitetlərdə tələbə yönümlü yanaşmanı genişləndirməyə çalışır. Qərarın müsbət tərəfi ondadır ki, təhsil yalnız auditoriya ilə məhdudlaşmır, tələbələrə kənarda öyrənmək üçün də imkan verilir. Həmçinin, bu model universitetlərə beynəlxalq arenada daha çevik və rəqabətqabiliyyətli görünmək imkanı yaradır.

Gələcəkdə bu model bütün ixtisaslara tətbiq oluna bilməsə də, mərhələli şəkildə genişləndirilə bilər. Xüsusilə informasiya texnologiyaları, iqtisadiyyat, hüquq və sosial elmlər sahəsində dərs yükünün azaldılması və bir günün distant tədrisə ayrılması real perspektivdir. Bunun üçün həm müəllimlərin peşəkar hazırlığı, həm də universitetlərin rəqəmsal infrastrukturunun gücləndirilməsi vacibdir.

Hesab edirəm ki, Bakı Dövlət Universitetinin 4 günlük dərs həftəsinə keçidi təhsil sistemində tələbə yönümlü yanaşmanın güclənməsi baxımından müsbət addımdır. Bu model həm tələbələrin asudə vaxtından daha səmərəli istifadə etməsinə, həm də universitetlərin beynəlxalq standartlara uyğunlaşmasına şərait yaradır. Elm və Təhsil Nazirliyinin bu qərarı dəstəkləməsi göstərir ki, Azərbaycanda təhsil sahəsində islahatlar məqsədyönlü şəkildə davam edir və yaxın illərdə digər ali məktəblərə də şamil edilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:340
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Sentyabr 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri