Bakıdakı məşhur restoranın cəriməsi ləğv olundu SƏBƏB İSƏ...
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən “Xəmsə” şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib.
"AzPolitika" Qaynarinfo-ya istinadla xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə protokol tərtib olunub. Nəticədə obyektin icarədarı Xəyal İbadullayev 3000 manat cərimələnib. Cərimə ödənilmədiyinə görə əlavə 1800 manat dəbbə pulu hesablanıb və ümumi məbləğ 4800 manata çatıb.
Xəyal İbadullayev cərimə qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət edib. O, şikayətində ekologiya idarəsinin göndərdiyi tələbin ona çatmadığını, poçt bildirişindəki imzanın və soyadının özünə aid olmadığını bildirib. Həmçinin həmin vaxt sahibkarlıq fəaliyyətini dayandırdığını və “Xəmsə” şadlıq sarayında işləmədiyini qeyd edib.
Məhkəmənin təyin etdiyi xətşünaslıq ekspertizası poçt bildirişindəki imzanın və “İbadullayev” yazısının Xəyal İbadullayevə aid olmadığını müəyyən edib. Dövlət Vergi Xidmətinin məlumatları da onun sahibkarlıq fəaliyyətinə xitam verdiyini təsdiqləyib.
Nizami Rayon Məhkəməsi inzibati xəta hadisəsinin tərkibi olmadığından cərimə qərarını ləğv edərək iş üzrə icraata xitam verib. Ekologiya idarəsi bu qərardan apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qərar qətidir və ondan şikayət verilə bilməz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 06 Noyabr 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















