Icma.az
close
up
RU
Bu tələbələr üçün yeni təqaüd proqramları təsis edildi

Bu tələbələr üçün yeni təqaüd proqramları təsis edildi

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu (Fond) tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün yeni təqaüd proqramları təsis edilib.

Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, “Qurani-Kərim” qiraəti istiqamətində ixtisaslı kadrların yetişdirilməsinin stimullaşdırılması məqsədilə “Seyid Yəhya Bakuvi” təqaüdü təsis edilib. Təqaüd Qiymətləndirmə Komissiyasının qərarı əsasında qalib olan şəxsə 1 il müddətində veriləcək.

Aİİ tələbələrinin ərəb dili üzrə biliklərinin artırılmasına dəstək göstərmək, onların bu istiqamətdə təkmilləşməsini təşviq etmək məqsədilə təsis edilən “Şeyxülislam Məhəmməd İrəvani” təqaüdü isə tələbələr arasında ərəb dili üzrə test imtahanı nəticəsində seçilən şəxsə təqdim ediləcək.

Bundan başqa, institutu seçən yüksək ballı abituriyentlərin sayının artırılması, orta keçid balının yüksəldilməsi məqsədilə “Həmzə Nigari” adına təqaüd təsis edilib. Bu təqaüdü Azərbaycan İlahiyyat İnstitutuna ən yüksək balla qəbul olan tələbə 1 il müddətində ala biləcək.

Azərbaycan İlahiyyat İnstitutunda təhsil alan tələbə qızların sosial inteqrasiyasını gücləndirmək, gələcəkdə dini ixtisaslı kadr kimi formalaşmalarına dəstək vermək, erkən nikah, təhsildən yayınma və ailədaxili zorakılıq mövzusunda maarifləndirmə işi istiqamətindəki fəaliyyətlərini stimullaşdırmaq məqsədilə Fond tərəfindən “Xurşidbanu Natəvan” təqaüdü də təsis edilib. Təqaüdün müsabiqə təşkil edilməklə 3 nəfərdən ibarət komandalar şəklində müxtəlif mövzularda təqdimat hazırlayanlar arasında qalib olan komandaya verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Seyid Yəhya Bakuvi” təqaüd proqramının qalibinin müəyyən edilməsi üçün müsabiqə prosesi artıq başlayıb. Proqramın qalibi “Gözəl Quran oxuma” müsabiqəsi əsasında müəyyən ediləcək. Qalib üçün 1 il müddətində 150 AZN məbləğində təqaüd nəzərdə tutulub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Mart 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri