TƏLƏBƏLƏR ÜÇÜN ŞAD XƏBƏR Təqaüd alanların sayı artırılır
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2026-cı ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təqribən 4 970 nəfər artaraq 148 950 nəfər, təqaüd alanların sayının isə təqribən 6 190 nəfər artaraq 118 750 nəfər olacağı gözlənilir.
"AzPolitika" xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.
Qeyd olunur ki, artımlar nəzərə alınmaqla növbəti ilin dövlət büdcəsinin layihəsində dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 613 milyon manat vəsait proqnozlaşdırılır.
Həmin vəsaitin 422 milyon manatını təhsil xərcləri (cari illə müqayisədə 10 milyon manat və ya 2.4 faiz çox), 184 milyon manatını təqaüd xərcləri (cari illə müqayisədə 7 milyon manat və ya 4 faiz çox), 7 milyon manatını isə təhsil sahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcək. Cari ilə nisbətən növbəti ildə artımın səbəbləri təhsilalanların və təqaüd alanların sayının artımı ilə bağlıdır.
Baxış sayı:87
Bu xəbər 04 Noyabr 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















