Icma.az
close
up
RU
Bu tələbələrə xüsusi güzəşt ediləcək KONKRET

Bu tələbələrə xüsusi güzəşt ediləcək KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025–2026-cı tədris ilində Azərbaycan ali təhsil müəssisələrində 62 xarici tələbə təhsil alacaq. Bəs həmin tələbələrin qəbul prosesi necə həyata keçirilir? Onlara güzəşt edilirmi?

KONKRET.az xəbər verir ki, bununla bağlı “Yeni Sabah”ın sorğusuna cavab olaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin yerli ali təhsil müəsssələrinə (ATM) qəbulu “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında (AR) təhsil alması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli Qərarı ilə tənzimlənir.

Həmçinin, qeyd edilib ki, Əcnəbilərin yeri ATM-lərə qəbulu Elm və Təhsil Nazirliyinin portal.edu.az elektron platforması üzərindən mərkəzləşmiş e-müraciət xidməti  (“SIA/CAS: Study in Azerbaijan Centralised E-Application Service”) vasitəsilə həyata keçirilir.

Bundan başqa, AR qanunveriliciyinə əsasən ATM-lərə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanında iştirak yolu ilə də mümkündür. Əcnəbi vətəndaşlar AR ATM-lərdində qeydiyyat zamanı seçdiyi tədris dilinə uyğun olaraq hazırlıq kurslarında, bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili, rezidentura və doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazana bilərlər. Bununla yanaşı, əcnəbi vətəndaşların yerli ATM-lərində təqaüdlü təhsili ilə bağlı bir sıra layihələr mövcuddur. Belə ki, əcnəbilər AR Prezidentinin 8 iyul 2023-cü il tarixli Sərəncamına uyğun olaraq “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” və ya Hökümətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində də yerli ATM-lərdə təhsil ala bilirlər. “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində təhsil haqqı, beynəlxalq nəqliyyat xərcləri, aylıq təqaüd, tibbi yardım (tibbi xidmət və dərman alınması), viza və qeydiyyat xərcləri qarşılanır. Həmçinin, HTP çərçivəsində qarşılıqlı razılaşma əsasında tərəfdaş ölkələrin vətəndaşları yerli ATM-lərdə tam təqaüdlə təhsil almaq hüququ qazana bilirlər.

Təhsil eksperti Kamran Əsədov açıqlamasında bu prosesin detalları haqda  danışıb:

“Azərbaycan ali təhsil sisteminin beynəlxalqlaşması son illərdə dövlətin əsas prioritetlərindən birinə çevrilib. Bu istiqamətdə əsas məqsəd əcnəbi tələbələrin ölkəyə cəlbidir. Son beş ildə bu sahədə əhəmiyyətli artım müşahidə olunur – 2018-ci ildə 5 min olan əcnəbi tələbə sayı 2024-cü ildə 12 mini ötüb”.

Ekspert vurğulayıb ki, “Təhsil haqqında” Qanuna görə, xarici vətəndaşların təhsil hüququ yerli vətəndaşlarla bərabər təmin edilir. Onun sözlərinə görə, əcnəbilərin qəbulu Nazirlər Kabinetinin 2015-ci il 125 nömrəli qərarı ilə iki mexanizm üzrə, beynəlxalq müqavilələr çərçivəsində dövlət xətti və  universitetlərlə birbaşa müqavilə əsasında həyata keçirilir:

“Dövlət xətti ilə qəbul olunan tələbələr təhsil haqqından azadolma, yataqxana və sığorta kimi güzəştlərdən yararlanırlar. 2022-ci ildən “Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslərin ali təhsil almasına dair dövlət proqramı” çərçivəsində 400-dən çox tələbə dövlət hesabına təhsil alır. Müqavilə əsasında qəbulda inzibati prosedurlar sadələşdirilib: artıq universitetlərə birbaşa müraciət imkanı və “ATİS” adlı elektron qeydiyyat sistemi tətbiq olunur”.

K.Əsədov Azərbaycan dilini bilməyənlər üçün birillik hazırlıq proqramlarının mövcud olduğunu da qeyd edib:

“ADA, ADPU və BDU bu sahədə nümunəvi təcrübəyə malikdir. Bəzi texniki ixtisaslarda müəyyən ölkələrdən gələn tələbələr üçün 25–50 faiz təhsil haqqı endirimi də tətbiq edilir. Sosial adaptasiya məqsədilə 2023-cü ildən “Xarici Tələbə Evi” və təcrübə proqramları icra olunur. Bu təşəbbüslər beynəlxalq tələbələrin ölkə həyatına inteqrasiyasını asanlaşdırır”.

Qeyd edək ki, bu il ölkəmizdə təhsil alacaq 62 tələbə arasında 23 Çin, 11 Qazaxıstan, 4 Tacikistan, 4 Qırğızıstan və 20 Somali vətəndaşı var. Bu göstərici ötən illə müqayisədə 32 faiz artımı əks etdirir. Xarici vətəndaşlar müxtəlif ixtisaslar üzrə 14 universitetdə bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Oktyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see325

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see260

KVN nin rejissoru vəfat etdi

17 İyul 2026 17:14see226

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see224

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see223

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see192

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see183

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see181

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see181

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see180

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see176

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see176

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see175

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see171

Joni Montiel “Qarabağ”ın heyətindən çıxarıldı

17 İyul 2026 17:16see170

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see169

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see167

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see163

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see161

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri