Icma.az
close
up
RU
Bu tələbələrə güzəşt olunmalıdır TƏKLİF

Bu tələbələrə güzəşt olunmalıdır TƏKLİF

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Son günlər tələbələrə verilən təqaüdlərin də artırılması məsələsi gündəmə gəlib. Əmək haqqı və pensiyaların artırılması, tələbə təqaüdlərinin yüksəldilməsini gözlənilən edir. Milli Məclisin deputatı Vüqar Bayramov da bildirib ki, Prezident İlham Əliyev tərəfindən 23 dekabr 2024-cü ildə imzalanmış sərəncama əsasən müavinət və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyevin sözlərinə görə, ödənişli əsaslarla qəbul olunan tələbələrin də təqaüd alma imkanlarının artırılması, təhsil sistemində müsbət dəyişikliklərə səbəb olacaq:

"Bu məsələ hələ tam rəsmiləşdirilməyib. Təbii ki, bununla bağlı bir neçə dəfə müzakirələr aparılıb. Tələbə təqaüdlərinin müəyyən qədər artırılması ilə bağlı fikirlər səsləndirilib. Əslində tələbə təqaüdləri ilə bağlı hazırda bəzi universitetlərdə sistem dəyişikliyi var. Misal üçün dövlət sifarişli təhsil alan tələbələr ilk yarım tədris ilində tələbə təqaüdü alır. Amma növbəti yarım il üçün imtahan nəticələrinə baxılır və imtahan nəticələri yüksək olduğu təqdirdə təqaüd ala bilirlər. Əslində bu sistem gözəl, müasir sistemdir. Müasir dövlətlərdə artıq bu sistem irəliləyir, o cümlədən də ödənişli əsaslarla qəbul olan tələbələrin də təqaüd alma imkanları formalaşmış olur. Çünki əvvəlki illərdə dövlət sifarişli əsaslarla qəbul olanlar təqaüd ala bilirdi, ödənişli əsaslarla qəbul olanlar təqaüd ala bilmirdi. Həm illik təhsil haqqı ödəyirdilər, həm də təqaüd ala bilmirdilər. Amma son illərdə bu dəyişiklik çox gözəl oldu. Əsasən ödənişli əsaslarla ali təhsil müəssisələrinə qəbul olanlar birinci semestrdə imtahan nəticələrinə əsasən təqaüd alırlar. Bu, müsbət bir addımdır. Təbii ki, bu, təhsildə rəqabətin formalaşdırılması istiqamətində və oxuyanlar arasında rəqabətin artırılmasında atılan addımdır. Rəqabəti artıran hər hansı bir addım təbii ki, təhsilin inkişafına gətirib çıxarır. Biz də bunu dəstəkləyirik".

Ekspert hazırda verilən təqaüdlərin tələbələrin gündəlik xərclərini qarşılamaq üçün kifayət etmədiyini vurğuladı.

"Tələbələrin təqaüdü artırılarsa, çox gözəl olar. Çünki hazırda verilən təqaüd tələbələrə çox köməklik göstərə bilmir. Yəni bu təqaüdün məbləği tələbələr üçün o qədər də məhsuldar deyil. Buna səbəb də, tələbə əgər rayonda qalırsa, kirayə, nəqliyyat və başqa xərclərin olmasıdır. Onlar nəzərə alınanda xərclərin yarısı belə o təqaüd eləmir. Mən düşünürəm ki, tələbələrə verilən təqaüd də minimum əmək haqqı qədər olarsa, daha yaxşı olar. Amma çox təəssüflər olsun ki, bizdə tələbələrə verilən təqaüd minimum əmək haqqının hardasa üçdə birinə yaxındır. Bu da təbii ki, tələbələr üçün əlverişli deyil".

Ramin Nurəliyev həmçinin maddi imkansızlıq səbəbindən universitetə hazırlaşa bilməyən, lakin yüksək potensiala malik tələbələrə təqaüd və təhsil haqqından güzəştlərin tətbiq olunmasını təklif etdi.

"Maddi imkansızlığa görə universitetə hazırlaşa bilməyən tələbələr, hansı ki, onlar ödənişli əsaslarla qəbul olub, onlara müəyyən güzəşt olunmasını təklif edirəm. Məsələn, universitetə qəbul olan bacarıqlı, savadlı və potensialı olduğu üçün universitet dərslərini çox gözəl oxuyub yüksək nəticə əldə edənlərə müəyyən təqaüdlər verilməsi və bu təqaüdlərlə yanaşı təhsil haqqından müəyyən güzəştlərin tətbiq olunması tövsiyə olunandır. Misal üçün, xaricdə belə təhsil sistemi var. Burada illik 10 min dollarlıq universitetə qəbul olan tələbə onu ödədikdən sonra, növbəti illərdə onun dərs nəticələrinə baxırlar. Məsələn, 100 bal üzərindən 90 yığıbsa və onun fakültəsinin keçid balı 60-70-dirsə, artıq müəyyən qədər güzəştlər tətbiq olunur. Burada oxumaq, rəqabəti artırmaq prinsipi ön planda durur. Bu təklif reallaşdığı təqdirdə ödənişli ali təhsil alanlar üçün də bir şans və yaxud da onların oxumasına müəyyən qədər təsir göstərmiş ola bilər", - deyə ekspert qey etdi.

Türkan İSGƏNDƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Fevral 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see396

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see363

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see359

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see325

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see321

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see313

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see245

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see220

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see212

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see211

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see208

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see206

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see204

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see194

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see193

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see189

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see187

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri