Icma.az
close
up
RU
Tələbələrə bu sahələrdə güzəştlər ediləcək KONKRET

Tələbələrə bu sahələrdə güzəştlər ediləcək KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Bir müddət əvvəl tələbələrin istifadəsinə verilən vahid tələbə kartı vasitəsilə bakalavr, magistrant və doktorantlar üçün müəyyən güzəşt və imtiyazlar nəzərdə tutulub. Lakin tələbələrin əksəriyyəti endirimlərin onları qane etmədiyini bildirərək, mağaza və restoranlar əvəzinə, ictimai nəqliyyatda güzəştlərin tətbiq olunmasını daha məqsədəuyğun hesab edir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirib ki, tələbələrə xüsusən ictimai nəqliyyatla bağlı ciddi güzəştlər edilməlidir:

“Hazırda Azərbaycanın ali və orta ixtisas təhsil müəssisələrində 250 minə yaxın tələbə var. Onların 190 minə yaxını təkcə ali təhsil müəssisələrlərinin bakalavr və magistr pilləsində təhsil alır.

Təhsilin İnkişafı Fondu bir müddət öncə tələbələr üçün təhsil kartlarını dövriyyəyə buraxmağa başlayıb. Buna qədər təhsilə tabe təşkilatların, yəni  universitetlərin fərdi qaydada öz tələbələrinə kartlar versə də, ən geniş yayılanı təhsil kartlarıdır.

Dünya təcrübəsində görürük ki, bir çox ölkələrdə tələbələr, xüsusən, ictimai nəqliyyatda və digər xərc çəkdikləri sahələrdə müxtəlif güzəştlərə malikdir. Hətta Türkiyədə tələbələrə ictimai nəqliyyatda çox yüksək güzəştlər tətbiq edilir.

“TələbəPlus” Təhsilin İnkişafı Fondu tərəfindən yaradılıb. Ən böyük gözləntimiz birmənalı şəkildə tələbələrə yeraltı və yerüstü nəqliyyatda, eyni zamanda, kafe və restoranlarda böyük güzəştlərin edilməsidir. Fondun apardığı danışıqlarla bəzi kafelər və dönərxanalar 10 faizə qədər güzəşt tətbiq edir, amma hesab edirəm ki, bu azdır. Çünki bu gün tələbələrin aldığı təqaüd onların ehtiyaclarının cüzi hissəsini belə ödəyə bilmir”.

Ekspert qeyd edib ki, təqaüdlərin məbləği xeyli aşağıdır:

“Hazırda Azərbaycanda 110 minə yaxın tələbə təqaüd alır, lakin onların aldığı təqaüd onların xərclərini cəmi 5-6 gün qarşılayır. Ona görə də bu kompensasiya olunmalıdır. Nəzərə alsaq ki, ictimai nəqliyyatın qiymətləri qalxıb, deməli,  tələbələrin də xərcləri çoxalıb.

Tələbə kitab, dəftər və digər tədris materiallarını almalıdır, amma xərclərin çoxluğu onlar üçün ciddi problem yaradır. Bu baxımdan, “TələbəPlus” kartları yaxşı təşəbbüsdür və biz bundan faydalı istifadə etməliyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Yanvar 2025 14:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri