Bu tikintiyə görə sakinlərin işi çətinləşib “Aptekə belə taksi ilə gedirik”
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda sakinlər yeni yol infrastrukturunun təşkili ilə əlaqədar hərəkət çətinliyi yaşayırlar.
Bu şikayətlə bağlı “Qafqazinfo”ya Binəqədi rayonu, 7 mikrorayon, Abay Kunanbayev küçəsinin bir qrup sakini müraciət edib.
Onların sözlərinə görə, artıq bir aydan çoxdur ki, həmin ərazidə yerləşən yeraltı tunel tamamilə bağlanıb: “Çinarlı Park” yaşayış kompleksi ilə Abay Kunanbayev küçələrinin kəsişməsində aparılan tikinti və layihələndirmə işləri, tunelin inşa olunması çox gözəl addımdır. Bağlanan tunel isə ərazi sakinləri üçün faktiki olaraq “dünyaya çıxış” rolunu oynayırdı. Bütün marşrut dayanacaqları məhz oradadır. İndi biz aptekə belə getmək üçün taksidən istifadə etmək məcburiyyətində qalırıq”.
Vətəndaşlar deyir ki, tunelin bağlanması səbəbindən onlar 1.3 km-dən çox əlavə məsafə qət etməyə məcbur qalır: “Bu isə sadəcə Dərnəgül metrostansiyasına çıxışı təmin edir. Ən yaxın məktəb, bağça, aptek, mağaza və digər müəssisələr isə 3 km məsafədə yerləşir. Alternativ göstərilən marşrut piyadaların hərəkəti üçün nəzərdə tutulmadığından nə təhlükəsizlik, nə də əlçatanlıq baxımından uyğun hesab edilə bilər. Bu, xüsusilə yaşlı sakinlər, şagirdlər, körpəsi olan ailələr və işə gedib-gələn əhali üçün ciddi narahatlıq yaradır.
Bu tunel uzun müddətdir ki, sakinlərin əsas yola təhlükəsiz və qısa məsafə ilə çıxışı üçün yeganə əlverişli keçid olub. Lakin hazırda həmin tunelin bağlanması və ətrafda alternativ avtomobil yolunun tikintisi ilə bağlı işlərin aparılması nəticəsində gündəlik hərəkətimiz çətinləşib. Qış mövsümündə, soyuq havada bu, xüsusilə çətinlik deməkdir. Üstəlik, alternativ yol qaranlıqdır, işıqlandırma yoxdur, yolun vəziyyəti isə olduqca bərbaddır”.
Alternativ yol kimi təqdim edilən küçədən çəkilən videonu saytımıza göndərən şikayətçilər qeyd ediblər ki, tikinti işlərinin nə vaxt bitəcəyi ilə bağlı məlumatlı deyillər. Onlar tikinti işləri başa çatanadək piyada tunelinin müvəqqəti olaraq yenidən istifadəyə verilməsi və ya ərazidə təhlükəsizlik normalarına uyğunlaşdırılmış müvəqqəti piyada keçidinin yaradılmasını istəyirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq. Qurumdan bildirildi ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə AAYDA tərəfindən paytaxtın nəqliyyat sisteminin daha da müasirləşdirilməsinə yönəlmiş növbəti mühüm layihənin icrasına başlanılıb: “Layihə çərçivəsində “Çinarlı” yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulub və hazırda piyada keçidinin artıq söküntüsü aparılır. Ərazi yeni piyada tuneli və avtomobil tunelinin inşası üçün hazırlanır. İşlərin bu ilin sonunadək tamamlanması nəzərdə tutulub. Ərazidə alternativ piyada yolu var, sadəcə keçidlə müqayisədə bir az məsafə baxımından uzundur.
Alternativ yolun qaranlıq və şəraitsiz olduğuna gəldikdə isə ümumiyyətlə, mövcud durum agentlik olaraq bizi də narahat edir. Yaranmış vəziyyətlə bağlı aidiyyəti qurumlarla müzakirələr aparılacaq”.
Lamiyə Məmmədova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 10 Yanvar 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















