Icma.az
close
up
RU
Bu türk ölkəsindən yarım milyard dollarlıq qızıl almışıq

Bu türk ölkəsindən yarım milyard dollarlıq qızıl almışıq

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində qeyd olunan vacib məqamlardan biri də iki ölkə arasındakı ticarət dövriyyəsində artım dinamikası ilə bağlıdır. 2025-ci ildə Azərbaycanla Özbəkistan arasındakı ticarət dövriyyəsi əvvəlki ilə nisbətən 3.2 dəfə artaraq 795 milyon dollara çatıb. Ötən il Azərbaycanın Özbəkiztandan idxalı 719 milyon, bu ölkəyə ixracı isə 76 milyon dollar olub. Bu o deməkdir ki, Özbəkistan Azərbaycan ilə ticarətdə 643 milyon dollarlıq müsbət saldoya malikdir.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

“Özbəkistandan nə alırıq və qardaş ölkəyə nə satırıq?

Azərbaycan Özbəkistanla ötən il 893 məhsul növü üzrə ticarət əməliyyatları həyata keçirib. İdxal və ixrac məhsul növlərində 2 mühüm məqam diqqəti çəkir: Özbəkistandan idxalımızın 71 faizini qızıl məmulatları, ixracımızın isə təxminən yarısını şəkər təşkil edir. Ötən il Azərbaycan Özbəkistandan 508 milyon dollarlıq qızıl alıb. “710813” məhsul kodu üzrə rəsmilləşən bu idxal UNSD təsnifatına əsasən "Qeyri-monetar məqsədlər üçün yarımfabrikat formalarda olan qızıl” kimi qruplaşdırılır. Ötən il Azərbaycan qardaş ölkəyə 32 milyon dollar dəyərində ağ şəkər ixrac edib.

Digər idxal məhsullarına gəldikdə isə, tütün (32.6 milyon dollar), saflaşdırılmış misdən digər məftillər (21 milyon dollar), qabığı təmizlənmiş yunan qozu (13.6 milyon dollar), minik avtomobilləri üçün kuzovlar (12.4 milyon dollar), qurudulmuş üzüm (9.1 milyon dollar), televiziya rabitəsi üçün rəngli təsvirlə digər qəbuledici aparatlar (8.5 milyon dollar), avtomobil mühərrikləri (6.4 milyon dollar), kimyəvi tekstil materialları (5.7 milyon dollar), saflaşdırılmış misdən borular (5.5 milyon dollar), trikotaj parçalar (5.3 milyon dollar), kağız məmulatları (3.5 milyon dollar) üstünlük təşkil edib.

Şəkərlə yanaşı, ixracatımızda emal olunmamış alüminium (11 milyon dollar), qaynaq edilmiş borular (1.7 milyon dollar), qabıqlı badam (1.4 milyon dollar), lak və boyaq maddələri (1.3 milyon dollar) daha çox paya malik olub.

Digər qardaş türk dövlətləri ilə olduğu kimi, Özbəkistanla də ticarət dövriyyəsini daha da artırmaq prioritetdir. Yaxın dövr üçün hədəf 1 milyard dollarlıq ticarət dövriyyəsidir”, - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://axar.az
archiveBu xəbər 22 Avqust 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see360

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see342

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see312

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see310

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see301

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see292

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see281

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see276

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see266

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see254

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see245

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see238

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see233

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see231

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see230

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see229

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see227

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see223

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see213

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri