Icma.az
close
up
RU
“Bu, Türkiyənin bölgədə artan rolunun nəticəsidir” “Ankara səbirsizliklə gözləyir ki...”

“Bu, Türkiyənin bölgədə artan rolunun nəticəsidir” “Ankara səbirsizliklə gözləyir ki...”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Politoloq Elxan Şahinoğlunun fikrincə, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə baş tutan konstruktiv görüşü ilə PKK terror təşkilatının silahları təhvil verməsi prosesi birbaşa əlaqəli olmasa da, hər iki hadisə Türkiyənin bölgədə artan rolunun nəticəsidir.

Ekspert qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri və İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi qapalı görüş regionda baş verən son proseslərin anlaşılması baxımından diqqət çəkir. Onun sözlərinə görə, bu görüşdən sonra bölgədə bir sıra maraqlı hadisələr cərəyan etməyə başlayıb.

“Birincisi, Paşinyan Kremlin dəstəklədiyi radikal müxalifət, kilsə və Rusiyaya bağlı oliqarxlarla mübarizəni sərtləşdirdi. O, bu dairələrin ona qarşı çevriliş planları qurduqlarını açıq şəkildə bəyan etdi,” – deyə Elxan Şahinoğlu bildirib.

Politoloq vurğulayıb ki, məhz bu gərginlik fonunda Azərbaycan və Ermənistan liderlərinin iyulun sonunda Əbu-Dabidə görüşəcəkləri ilə bağlı məlumatlar yayılmışdı. Lakin tərəflər bu görüşü daha erkən tarixə çəkdilər: “Bu doğru addım idi. Çünki Kremlin Ermənistan və Azərbaycan əleyhinə pozucu fəaliyyəti getdikcə genişlənir. Zaman itkisinə yol vermək olmaz.”

Şahinoğlunun sözlərinə görə, Türkiyə Rusiya ilə münasibətlərdə gərginlik yaratmadan, lakin paralel olaraq Cənubi Qafqazda daha fəal və təşəbbüskar siyasət yürüdür: “Ankara həm Bakı, həm də İrəvanla dialoqu inkişaf etdirərək Rusiyanın bölgədəki təsir imkanlarını azaltmağa çalışır.”

Ekspert qeyd edib ki, Türkiyə Ermənistanla sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması və Zəngəzur dəhlizinin reallaşmasını səbirsizliklə gözləyir: “Bu, Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə, eyni zamanda regional sabitliyə töhfə verəcək.”

PKK-nın tərksilah prosesi ilə bağlı da fikirlərini bölüşən politoloq bildirib: “Bu prosesin uğurla nəticələnməsi Türkiyəni 40 ildir məşğul edən əsas təhlükədən qurtara bilər. Təbii ki, bu prosesi pozmaq istəyən qüvvələr – Rusiya, ABŞ, Yunanıstan, Fransa, Almaniya, İran və zaman-zaman Ermənistan – PKK-nın ayaqda qalmasına dəstək veriblər.”

Elxan Şahinoğlu əlavə edib ki, Ankara terrorçuları silahlandıran dairələrə qarşı sərt mövqe nümayiş etdirir və onların bu vasitədən Türkiyəyə qarşı istifadə imkanlarını məhdudlaşdırmağa çalışır: “Terrorçuların silahı yerə qoyması həm Türkiyənin daxili təhlükəsizliyi, həm də regional sabitlik baxımından mühüm irəliləyiş olacaq.”

Rasim Əliyev
AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 İyul 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see268

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see195

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see186

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see160

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see156

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see154

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see151

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see142

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri