Icma.az
close
up
RU
Bu u görüşlər həm də Azərbaycanın uğurlu təqdimatı deməkdir

Bu u görüşlər həm də Azərbaycanın uğurlu təqdimatı deməkdir

Newscenter.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-da işgüzar səfərdə olan Prezident İlham Əliyevin müxtəlif dövlət və hökumət başçıları ilə, beynəlxalq təşkilat və transmilli şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirməsi, fəal diplomatiya yürütməsi dünya mediasının da diqqət mərkəzindədir. Dövlətimizin başçısının BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb, Keniya Respublikasının Prezidenti Uilyam Samoei Ruto, Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis, Avropa Şurasının Baş katibi Alen Berse, İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid ilə və eləcə də “Brookfield Asset Management”, “Neuberger Berman” və “Blackstone” kimi dünyanın böyük maliyyə-biznes nəhənglərinin rəhbərləri ilə keçirdiyi ikitərəfli görüşlər Azərbaycanın beynəlxalq aləmdə artan siyasi nüfuzunun və iqtisadi rolunun göstəricisidir.
Cənab Prezidentin bu cür mötəbər beynəlxalq tədbirlərdə fəal iştirak etməsi və ikitərəfli müstəvidə işgüzar danışıqlar aparması ölkəmizin dünya miqyasında mövqelərinin gücləndirilməsinə xidmət edir. Bu görüşlər ölkəmizin regional və qlobal proseslərdə fəal iştirak etdiyini təsdiqləməklə yanaşı, Azərbaycanın qlobal siyasi-iqtisadi kontekstdə etibarlı tərəfdaş kimi qiymətləndirildiyini göstərir. Eyni zamanda, dövlətimizin başçısının BMT sammiti çərçivəsində dünya liderləri ilə bir araya gəlməsi və çoxsaylı görüşlər keçirməsi ölkəmizin beynəlxalq müstəvidə maraqlarının əsaslı müdafiəsini təmin edir.
Məhz bu cür fəal diplomatik təmasların, işgüzar müzakirələrin nəticəsində siyasi-iqtisadi əlaqələrimiz daha da möhkəmlənir, ölkəmizin beynəlxalq proseslərdə fəal iştirakı təmin olunur. İlham Əliyev ölkəmizin beynəlxalq proseslərdə oynadığı rolu gücləndirməklə Azərbaycanın geosiyasi aktorlardan birinə çevrilməsinə zəmin yaradır. Son iki gündə BMT sessiyası çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları ilə, iri şirkətlərin rəhbərləri ilə keçirilən ikitərəfli görüşlər siyasi və humanitar əlaqələrimizin genişlənməsi ilə bərabər, həmçinin iqtisadi inkişafımız üçün də yeni imkanlar açır.
Dünyanın böyük şirkətlərinin rəhbər şəxslərinin dövlətimizin başçısı ilə görüşmək təşəbbüsü ilə çıxış etməsi ölkəmizin iqtisadi potensialına göstərilən marağı və Azərbaycanın xarici investisiyalar üçün əlverişliliyini təcəssüm etdirir. Xarici sərmayələrin artması isə heç şübhəsiz ki, ölkəmizin yeni inkişaf mərhələsinə keçməsini təmin edəcək. Xüsusən də postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurun iqtisadi dirçəlişinin təmin olunmasında xarici investisiyalar əvəzsiz rol oynaya bilər. Bu baxımdan Cənab Prezidentin son iki gündə Nyu-Yorkda keçirdiyi görüşlər qlobal biznes nəhənglərinin işğaldan azad olunmuş ərazilərimizin investisiya mühiti və iqtisadi rentabelliyi barədə ətraflı şəkildə məlumatlandırılması üçün çox faydalıdır.
Dövlətimizin başçısı, həmçinin bu cür mötəbər tədbirlərdə və ikitərəfli görüşlərdə Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti olduğunu, ölkəmizin regionda dayanıqlı sülh, sabitlik və əməkdaşlıq təşəbbüskarı kimi çıxış etdiyini vurğulamaqla yanaşı, məhz bizim təşəbbüsümüzlə reallaşan qlobal enerji və nəqliyyat layihələrini – Orta Dəhliz, Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi ("TRIPP marşrutu") Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarını da xüsusi olaraq təqdim edir və bu layihələrin iqtisadi əməkdaşlıq üçün hansı imkanlara, potensiala malik olduğunu onların öz üslubunda izah edir. Prezident İlham Əliyev ölkəmiz üçün faydalı diplomatik, işgüzar danışıqların aparılmasında böyük təcrübəyə malikdir.
Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaratmış olduğu yeni reallıqlar və yeni əməkdaşlıq imkanlarının qlobal işgüzar dairələr tərəfindən yüksək qiymətləndirilməsi məhz bu cür görüşlər zamanı bir daha üzə çıxır. Ölkəmizin bölgədəki aparıcı rolu inkarolunmaz amil kimi beynəlxalq səviyyədə qəbul edilir. Bir sözlə, Cənubi Qafqazda formalaşdırdığımız yeni reallıqlar Azərbaycanı hamı üçün cəlbedici edir. Nyu-Yorkda keçirilən çoxsaylı görüşlər də bir daha onu göstərir ki, biz hazırda dünyanın diqqət mərkəzindəyik. Bu görüşlər həm də Azərbaycanın uğurlu təqdimatı deməkdir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Təşkilatının sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri