Icma.az
close
up
RU
“Bu, Azərbaycanın daha da möhkəmlənməsi deməkdir”

“Bu, Azərbaycanın daha da möhkəmlənməsi deməkdir”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

“Azərbaycan-Türkiyə əlaqələri bu gün dünyada analoqu olmayan səviyyədədir. Başqa elə iki ölkə yoxdur ki, onların arasında bu qədər dinamik əlaqələr olsun. Bu iki qardaş ölkə arasındakı münasibətlər həm dövlət başçılarının, həm də xalqların bir-birinə qardaşyana münasibətində, eyni zamanda, dövlətlər arasında imzalanan fərqli sazişlərdə, istər Şuşa Bəyannaməsi olsun, istər ticari iqtisadi sazişlər olsun, istər enerji nəqliyyat sahəsindəki əməkdaşlıq olsun bu sazişlərdə özünü daha çox biruzə verir”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

S.Zahidov vurğulayıb ki, bu baxımdan İğdır-Naxçıvan qaz kəmərinin açılışı və bu açılış mərasimində dövlət başçılarının iştirak etməsi bir daha Azərbaycan-Türkiyə əlaqələrinin qardaşlıq və dostluq səviyyəsində olduğunun göstəricisidir: “Bu qaz kəmərinin açılışı yalnız Naxçıvanın Azərbaycanın enerji təhlükəsizliyi aspektindən vacib deyil. Aydın məsələdir ki, bu qaz kəməri Naxçıvanın illik enerji tələbatını tam şəkildə ödəyəcək. Söhbət burada illik 750 milyon kubmetrə yaxın qazdan gedir. Digər tərəfdən enerji təhlükəsizliyi məsələsində Naxçıvanın İrandan olan asılılığını azaldacaq. Bu günə kimi biz Naxçıvanı Azərbaycan qazının İran ərazisindən Naxçıvana svop formatında ötürülməsi ilə təmin edirdik. İran da həmin o tranzit imkanlarına görə Azərbaycandan əlavə 15 faizlik pul alırdı. İndi artıq buna ehtiyac olmayacaq. Artıq biz həm bu pulu verməli olmayacağıq, həm də İran gələcəkdə Naxçıvandan bir kart kimi Azərbaycana qarşı istifadə edə bilməyəcək. Bu da Azərbaycanın daha da möhkəmlənməsi deməkdir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Mart 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri