Icma.az
close
up
RU
Bu ulduzlar yataqda yaxşı deyillər... Şayiə, yoxsa gerçək?

Bu ulduzlar yataqda yaxşı deyillər... Şayiə, yoxsa gerçək?

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

Qırmızı xalçalarda ulduzlar parıldasa da, münasibətləri ideal görünsə də, pərdə arxasında hər şey həmişə belə rəngarəng olmur.

Lent.az xarici mediaya istinadən haqqında seksual bacarıqları ilə bağlı xoş sözlər deyilməyən 10 məşhurdan bəhs edir. Bunun nə dərəcədə doğru olduğunu deyə bilmərik, amma bu cür rəyləri nəzərə almamaq da olmur!

Eminem

Eminem istedadı və qalmaqallı mahnıları ilə daim diqqət mərkəzində olub, amma onun intim həyatı da şayiələrdən yan keçməyib. Repçinin keçmiş həyat yoldaşı Kim Matherz onların evliliyinin ideal olmadığını bildirib, o cümlədən intim tərəfdən.

O, hətta seksin Eminemlə "ruh düşkünlüyü və zəifliklə" dolu olduğunu deyib.

“Əgər Marşalla sekslə məşğul olacaqsansa, mütləq mavi həbi qəbul et, yoxsa heç nə alınmayacaq”, – o, zarafatla xatırlayıb.

Bu, onların münasibətlərinin niyə boşanma ilə bitdiyini izah edə bilər. Eminem özü də mahnılarında şəxsi həyatına aid bu cür intim detalların üstünü açır.

Madonnа

Madonna ilə britaniyalı rejissor Qay Riçi arasında olan evlilik səkkiz il davam edib. Lakin Madonna çox zamanını bədən məşqlərinə ayırdığı üçün onların münasibətləri bu səbəbdən xeyli zərər görüb. Bəzən məşqlər dörd saata qədər uzanıb.

Qay Riçi dəfələrlə şikayət edib ki, onun fitnesə olan həvəsi cinsi yaxınlıqlarına mənfi təsir göstərib.

O, bir dəfə onların evlilik dövründə Madonna ilə olan cinsi əlaqəni “bir parça qığırdağı qucaqlamaq” kimi təsvir edib. Bu cür seksual narazılıqla bağlı şayiələr onların 2008-ci ildə boşanmasının əsas səbəblərindən biri olub.

Peris Hilton

Şou-biznes ulduzu Peris Hilton öz partiləri və qalmaqallı videosu ilə məşhurlaşıb. Bir çoxları onun yataqda əla olduğunu düşünsə də, Backstreet Boys üzvü Nik Karter tam əksini deyib.

O bildirib ki, Peris intim münasibətlərdə maraqlı deyildi. “O, sərxoş və riyakar idi, elə bil ki, seksdən həqiqətən də xoşu gəlmirdi”, – Karter xatırlayırdı. O əlavə edib ki, Hilton özünə inam qazanmaq üçün tez-tez spirtli içkilərdən və narkotik maddələrdən istifadə edirdi.

Bredli Kuper

Bir zamanlar dünyanın ən seksual kişisi seçilən Bredli Kuper yaxşı aktyor kimi tanınsa da, yataqda o qədər də maraqlı olmadığı iddia olunur.

Onunla bir çox layihələrdə çalışan aktrisa Cennifer Lourens zarafatla onu “yaş öpüş” adlandırırdı. Bəzi keçmiş sevgiləri də bildiriblər ki, Kuper intim münasibətlərdə darıxdırıcı olub. Üstəlik, onun seks zamanı saxta aksentlərdən istifadə etmək vərdişi var ki, bu da ona hər zaman cazibə qatmayıb.

Ben Afflek

Ben Afflek çoxsaylı münasibətlərdə olub və şəxsi həyatı tez-tez ictimai müzakirələrin mövzusuna çevrilib.

Onun keçmiş sevgilisi Cennifer Lopez bir dəfə seksdə daha yaxşı olanların müğənnilər, rəqqaslar, yoxsa aktyorlar olduğunu soruşanda cavabında qeyd edib ki, onun təcrübəsinə əsasən, müğənnilər və rəqqaslar daha yaxşı partnyorlardır. Bununla belə, bu fikir Ceniferin 2022-ci ildə Afflekə ərə getməsinə mane olmayıb.

Bred Pitt

Bred Pitt və Ancelina Coli uzun illər birgə yaşadıqdan sonra ayrılıblar. Hollivudda ayrılığın səbəbləri ilə bağlı çoxlu şayiələr yayılıb.

Versiyalardan birində iddia edilir ki, Coli Pittin seksual bacarıqlarından narazı olub. Onu digər partnyorlarla müqayisə edib təhqir etdiyi üçün tənqid etmişdilər.

Ancelina Coli

Ancelina Colinin cinsi həyatı ilə bağlı daim müxtəlif söz-söhbətlər dolaşır. Onun keçmiş əri Billi Bob Torntonla olan qalmaqallı hadisəsi məşhurdur – onlar mükafatlandırma mərasiminə gedərkən limuzində sekslə məşğul olmuşdular.

Tornton sonradan Coli haqqında belə demişdi: “Bəzən model və ya aktrisa ilə seks etmək elə bil ki, sadəcə divanı təpikləmisən”.

Keti Perri

Müğənni Keti Perri keçmiş əri Rassel Brendin tənqidlərinə tuş gəlib. Rassel stand-up çıxışında bildirib ki, Perri ilə seks zamanı tez-tez başqa qadınları düşünürdü. O həmçinin qeyd edib ki, keçmiş arvadı yataqda kifayət qədər “mükəmməl” deyildi.

Castin Biber

Castin Biber Selen Qomezlə sabit münasibət qurmazdan əvvəl, çılğın həyat tərzi ilə tanınırdı. Lakin onun seksual macəraları da müsbət qiymətləndirilməyib.

Bir hadisədə deyilir ki, Biber altı xorvat modelini məyus edib.

Leonardo DiKaprio

Qadınlar arasında son dərəcə populyar olan Leonardo DiKaprio da yataq bacarıqları ilə bağlı tənqidlərə tuş gəlib. Rəqqasə Culianna Hafın qardaşı qızı bildirib ki, onun xalası DiKaprio ilə yatmış və ondan razı qalmamışdı.

“Xalam Leonardo DiKaprio ilə yatmışdı. Görünür, o, yataqda yaxşı deyilmiş,” – o, etiraf etmişdi. Bunu Hollivud ulduzu ilə qarşılıqlı münasibətdə olan başqa şəxslər də təsdiqləmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://lent.az
archiveBu xəbər 04 May 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri