Icma.az
close
up
RU
Dabaq təhlükəsi: Şayiə, yoxsa reallıq?

Dabaq təhlükəsi: Şayiə, yoxsa reallıq?

Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dabaq (elmi adı ilə "aphthae epizooticae") əsasən cütdırnaqlı heyvanlarda, yəni inək, camış, qoyun, keçi və donuzlarda, habelə maral və ceyranlarda, hətta fillərdə, kirpilərdə rastımıza çıxan kəskin yoluxucu virus xəstəliyidir. Xəstəliyin meydana gəlməsinə səbəb çox dözümlü təbiətə malik "aftovirus" adlı virusdur. O, əsasən yoluxmuş heyvanların ağız suyu, südü və nəcisi ilə yayılır. Eyni zamanda, virusa bulaşmış əşyalardan, yemlərdən və əlbəttə, havadan da ötürülür. Aftovirus genetik cəhətdən çox dəyişkəndir; bu xüsusiyyət peyvəndin əksər hallarda effektiv nəticə verməməsinə gətirib çıxarır.

İlk dəfə 1870-ci ildə ABŞ-də qeydə alınan dabağın heyvanlarda əsas əlaməti ağız boşluğunda, dildə və dodaqlarda irinli yaraların əmələ gəlməsidir. Xəstəliyə yoluxan heyvanın iştahası, həmçinin süd verməsi kəskin azalır, onda qızdırma və halsızlıq meydana gəlir. Hərçənd dabaq yetkin cütdırnaqlılar üçün ölümcül deyil, ancaq istənilən hallarda süd və ət istehsalına böyük zərər vurur.

Azərbaycanda da fermer təsərrüfatlarında dabaq son aylarda epidemiya səviyyəsində yayıldığı üçün insanlar süd və ət məhsulları istehlakından qaçınırlar. Halbuki mütəxəssislərin verdikləri məlumata əsasən, heyvanlara məxsus bu xəstəlik insan orqanizminə çox nadir hallarda ötürülür. Dabağa əsasən yalnız canlı heyvanlarla birbaşa təmas quran şəxslərin (məsələn, fermerlərin, baytarların) yoluxması mümkündür.
Xəstəliyə məruz qalan insanda yüngül qızdırma, ümumi halsızlıq əmələ gəlir, habelə ağız nahiyəsində və əllərdə qabarcıqlar üzə çıxır. Halbuki bu əlamətlər ciddi problemdən xəbər vermir. Ən əsası isə, dabaq virusu (aftovirus), adətən, insandan insana keçmir. Britaniyada bu xəstəliyə ən son yoluxma faktı 1967-ci ildə qeydə alınıb.
Mütəxəssislərin sözlərinə görə, dabaq xəstəliyinə tutulmuş heyvanların ətinin istehlakı, demək mümkündür ki, tamamilə təhlükəsizdir. Çünki ət bişərkən üzərindəki virus yoxa çıxır. Bu virus həmçinin insanın mədə turşusuna qarşı dözümsüzdür. Xəstə heyvanın çiy əti və südü də insan orqanizmi üçün ciddi risk daşımır.
Beləliklə, dabaq insan sağlamlığından ziyadə daha çox heyvandarlıq və ölkənin kənd təsərrüfatı üçün təhlükəlidir. Epidemiyanın qarşısını almaq məqsədilə heyvanlar müntəzəm peyvəndlənməli, xəstə düşənlər dərhal təcrid altına alınmalı, fermalarda dezinfeksiya tədbirləri görülməli, heyvanların, onların ət və südlərinin daşınması xüsusi nəzarətlə həyata keçirilməlidir.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:448
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 Oktyabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri