Bu universitetin işçilərinin maaşı 15 faiz ARTDI
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mingəçevir Dövlət Universitetinin əməkdaşlarının əmək haqqısı 15% artıb.
Modern.az xəbər verir ki, Mingəçevir Dövlət Universitetinin Elmi Şurası tərəfindən qəbul olunan yeni qərara əsasən universitetin əməkdaşlarının əmək haqqı orta hesabla 15% artırılıb. Bu qərar universitetin inkişafına daha da töhfə vermək və işçilərin sosial rifahını yaxşılaşdırmaq məqsədi daşıyıb.
Mingəçevir Dövlət Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən, Tədris işləri üzrə prorektor Üzeyir Zeynalov qərarın universitetin əməkdaşlarının əməyinin layiqincə qiymətləndirilməsi və onların fəaliyyətinə daha da stimul verilməsi məqsədini daşıdığını vurğulayıb. O, həmçinin, bu addımın universitetin daha da güclənməsinə və yüksək səviyyədə təhsil təmin etməyə yönəlmiş olduğunu qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 30 Yanvar 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















