Icma.az
close
up
RU
Bu uşaqları İlham Əliyev böyütdü...

Bu uşaqları İlham Əliyev böyütdü...

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zirzəmidə anama bərk-bərk sarılıb düşmən mərmisindən gizlənəndə hələ saymağı yeni-yeni öyrənmişdim. Gizlənqaç oynayanda lazım olacaqdı birdən ona qədər saymaq.

Amma biz gözümüzü açanda da, yumanda da mərmi görürdük. Eşitdiyimiz də ancaq bu idi: Gizlən! Qaç!

Böyüklər kiçiklərin sözlərini əzbərləmişdi. Kimlərinsə oyununa gəlmişdik. 

Və o zirzəmidə böyüklü-kiçikli gözləyirdik ki, kimsə desin: alma desəm, çıxarsan, armud desəm, çıxmazsan.

Bunu deyəcək adamların alma-armud ağacının dibinə hər gün, hər gecə mərmi düşürdü.

O mərmilərin əlindən mən divara söykənib gözlərimi yumub heç bir uşağa deyə bilmədim, açdım qaç, gizlənqaç, gizlənməyən yekəbaş... 

Divar dağılmış, uşaqlardan bir neçəsi də gözlərini yummuşdu. Amma əbədiyyən. Birdən ona qədər sayan uşaqları heç uşaq yerinə sayan da olmamışdı.

Sonra daha böyük rəqəmləri öyrəndim, məktəbdə. Dəftərimin arxasına baxanda bilmişdim ki, Ağdam artıq “Qan yaddaşımız”dır - 23.07.1993.

Şəxsiyyət vəsiqəsindən əvvəl məcburi köçkün vəsiqəsinə şəkil çəkdirmişdim. Bu vəsiqə 30 il böyüdü, amma bizə şəxsiyyət kimi böyüməyə imkan vermədi.

Günlərin birində bir ümid yarandı. Bizi gizlənqaç oynamağa qoymayanlar qaçıb gizlənməyə yer axtardı. Bu uğurda canından keçənlər əbədiyyən getdikləri yerdən cənnət meyvəsinin adını çəkdi.

Biz əslində, o zirzəmidən mənən o zaman çıxdıq, böyüməyə başladıq - Azərbaycan kimi. Yeni nəsil şəxsiyyət vəsiqələri yarandı, şəxsiyyətlər üzə çıxdı. Biz yeni doğulan Poladları, Albertləri, Hikmətləri tanıdıq.

Uşaqlarını yetim buraxanlar beləcə yetim buraxılan uşaqlığımızın qisasını aldı. 

Dünən isə uşaqlığın son gecəsi idi. Vaşinqtona bir ton ürək bağlanmışdı. Prezident İlham Əliyevin üzündəki təbəssüm əslində, müharibə əlindən uşaqlığını yaşamayanların çöhrəsinə də qondu. Sülhə qalib kimi razılaşdıqdan sonra ötən gecə həm biz, həm də gələcəkdə doğulan uşaqlar böyüdü - şəhid, şəhid övladı olmadan. Bu uşaqları İlham Əliyev böyütdü...

Emin Səfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Avqust 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see788

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see749

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see745

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see542

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see531

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see497

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see399

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see381

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see369

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see363

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see339

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see335

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see290

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see287

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see260

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see259

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see252

Azərbaycan əsgəri cəzasının bir hissəsini Ermənistanda çəkəcək Paşinyan

07 Oktyabr 2026 18:23see223

Portnikov: Ukrayna əsgərləri və dronları müharibədə qalib gələcək...

07 Oktyabr 2026 18:12see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri