Tramp İrana planlaşdırılan hücumdan imtina etdi
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp ABŞ-nin mayın 19-unda İrana qarşı planlaşdırılan hücumunu təxirə saldığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti sosial şəbəkə hesabında yazıb.
Tramp qeyd edib ki, bunu Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xahişi ilə edib:
“Qətər əmiri Təmim bin Həməd Əl-Sani, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan ciddi danışıqların getdiyi və əla liderlər və müttəfiqlər olaraq ABŞ və Yaxın Şərqdəki və ondan kənardakı bütün ölkələr üçün tamamilə məqbul olan bir razılaşmanın əldə ediləcəyinə inandıqları üçün sabaha planlaşdırılan İran İslam Respublikasına hücumu təxirə salmağımı xahiş etdilər”.
Amerika lideri əlavə edib ki, bu razılaşmanın İranın nüvə silahına sahib olmamasını təmin etməsi vacibdir.
Tramp həmçinin bildirib ki, tərəflər Vaşinqton üçün məqbul bir razılaşma əldə edə bilməsələr, ABŞ İrana hücumları bərpa edəcək.
Amerika liderinin sözlərinə görə, o, müdafiə naziri Pit Heqsetə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə və ABŞ ordusuna sabah İrana planlaşdırılan hücumu həyata keçirməməyi tapşırıb, eyni zamanda ABŞ üçün məqbul bir razılaşma əldə edilmədiyi təqdirdə dərhal İrana tammiqyaslı hücuma hazır olmağı əmr edib.
Bu mövzuda digər xəbərlər:Tramp son anda İrana hücumdan niyə imtina edib?
15 Yanvar 2026 12:30
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
13 İyun 2025 09:31
“Tramp administrasiyasını İrana hücumdan çəkindirməyə çalışırlar”
14 Yanvar 2026 08:08
Tramp İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqlayıb
12 İyun 2026 01:04
Tramp İrana planlaşdırılan zərbələrin ləğv edildiyini açıqlayıb
11 İyun 2026 21:47
Baxış sayı:242
Bu xəbər 19 May 2026 00:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















