Icma.az
close
up
RU
Böyük Qayıdış proqramı 700 min məcburi köçkünün qayıdışını təmin etməyi hədəfləyir

Böyük Qayıdış proqramı 700 min məcburi köçkünün qayıdışını təmin etməyi hədəfləyir

Icma.az, Apa.az saytına istinadən bildirir.

Böyük Qayıdış proqramı genişmiqyaslı tədbirləri əhatə edir və təxminən 700 min məcburi köçkünün öz doğma yurdlarına təhlükəsiz, mərhələli və dayanıqlı şəkildə qayıdışını təmin etməyi hədəfləyir.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov BMT-WUF13 çərçivəsində keçirilən “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və davamlı idarəetmə çərçivəsi” adlı forumda bildirib.

O bildirib ki, proqramın hazırlanması zamanı beynəlxalq təcrübə, müasir çağırışlar və azad edilmiş ərazilərin potensialı nəzərə alınıb: “Eyni zamanda, BMT və digər beynəlxalq təşkilatların qlobal inkişaf prioritetləri ilə uyğunluq təmin olunub, Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanaraq “hamı üçün bərabər imkanlar”, “inklüziv yanaşma” və “heç kimin geridə qalmaması” prinsipləri rəhbər tutulub. Bu gün Azərbaycan Qarabağ və ətraf ərazilərin bərpası, yenidən qurulması və məcburi köçkünlərin mərhələli qayıdışını təmin etmək kimi mühüm bir missiyanı həyata keçirir. Bu prosesdə “ağıllı kəndlər” və “ağıllı şəhərlər”, “yaşıl iqtisadiyyat” və müasir şəhərsalma yanaşmaları xüsusi yer tutur. Məskunlaşma planlaşdırılması müasir memarlıq və urbanistika prinsiplərinə uyğun şəkildə aparılır”.

Fuad Hüseynov qeyd edib ki, artıq 12 rayon və 11 şəhər daxil olmaqla 9 yaşayış məntəqəsi üzrə yeni məskunlaşma planları təsdiqlənib: “Bu, dünya urbanistika və memarlıq təcrübəsində çox nadir və unikal nümunələrdən biridir. Bundan əlavə, minalanmış ərazilərin xəritələrinin tam şəkildə təqdim olunmaması səbəbindən mülki əhali üçün ciddi təhlükə qalmaqdadır. 2020–2024-cü illər ərzində mina partlayışları nəticəsində 420-dən çox insan həlak olub və ya ağır yaralanıb. Onların arasında doğma yurdlarına qayıtmaq istəyən keçmiş məcburi köçkünlər də var. Bütün bu çətinliklərə, mina təhlükəsi və genişmiqyaslı dağıntılara baxmayaraq, Azərbaycan dövləti bu prosesi qətiyyətlə davam etdirir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 May 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri