Bu üsulla soyuducudakı pis qoxunu aradan qaldıra bilərsiniz
Icma.az bildirir, Publika.az portalına istinadən.
Soyuducuda saxlanılan qidalar müəyyən müddətdən sonra xarab ola, pis qoxuya səbəb ola bilər. Bu problemi aradan qaldırmaq üçün təbii üsullardan istifadə edə bilərsiniz.
Publika.az xəbər verir ki, soyuducuda qoxuların əmələ gəlməsi onun uzun müddət istifadəsi səbəbindən baş verə bilər. Təmizləmə tövsiyələrində yer alan təbii üsullarla soyuduculardakı pis qoxuları tez bir zamanda aradan qaldıra bilərsiniz.
Soyuducudakı pis qoxunu aradan qaldırmağın təbii üsulları aşağıdakılardır:
Çörək soda: Çörək soda pis qoxuları aradan qaldırmaq qabiliyyətinə malikdir. Sodanın təbii quruluşundan yararlanaraq qısa müddətdə soyuducudakı pis qoxulardan xilas ola bilərsiniz. Bunun üçün qaba soda əlavə edin və bu onu soyuducunun orta rəflərindən birində qoyun.
Qəzet: Köhnəlmiş qəzet kağızlarından istifadə etməklə pis qoxulardan asanlıqla qurtula bilərsiniz. Qəzetin quruluşu nəm udmaq xüsusiyyətinə malikdir. Bu şəkildə pis qoxuları tutur. Bu üsuldan faydalanmaq üçün 2-3 ədəd qəzeti əzmək və soyuducuya qoymaq lazımdır.
Süd: Soyuducudakı pis qoxulardan xilas olmağın başqa bir yolu süddən istifadə etməkdir. Soyuducuda bir az südü açıq saxlasanız, pis qoxunun yaranmasının qarşısını alacaqsınız.
Aysel Şahmar
Baxış sayı:119
Bu xəbər 30 Dekabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















