Beynin qocalmasını bu üsulla ləngidə bilərsiniz
Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Beynin qocalmasını tamamilə dayandıran universal dərman yoxdur. Lakin gündəlik vərdişləri dəyişməklə bu prosesi yavaşlatmaq mümkündür.
Bu barədə "SM-Klinika”nın nevroloqu Aleksey Tokmantsev "Lenta.ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, beyin sağlamlığını qorumaq üçün zehni və fiziki aktivliyi birləşdirmək, insanlarla ünsiyyəti davam etdirmək və xroniki xəstəliklərə nəzarət etmək vacibdir.
Mütəxəssis zehni aktivliyi qorumaq üçün yeni bacarıqlar öyrənməyi, xarici dil kurslarına qatılmağı, musiqi alətində ifa etməyi, kitab oxuyub müzakirə etməyi və məntiqi tapşırıqlar həll etməyi tövsiyə edib. Onun fikrincə, diqqət və səy tələb edən məşğuliyyətlər beyin fəaliyyətinin dəstəklənməsinə kömək edir.
Fiziki hərəkətlilik də beyin sağlamlığı üçün əhəmiyyətlidir. Bundan başqa, dostlarla görüşmək, birgə fəaliyyətlərdə iştirak etmək və ailə üzvləri ilə ünsiyyətdə olmaq sosial əlaqələrin qorunmasına kömək edir.
Nevroloq arterial təzyiqə, qanda şəkər və xolesterin səviyyəsinə nəzarət etməyi, artıq çəkini azaltmağı və siqaretdən imtina etməyi də vacib sayıb.
Həkim əlavə edib ki, tibbi göstəriş olmadan yaddaşı gücləndirmək məqsədilə vitamin və dərman preparatları qəbul etmək məsləhət deyil.
///sfera.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 16 Oktyabr 2026 03:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















