Bu verilişlərin bağlanmasını alqışlayıram
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Əvvəl televiziya insanı dəyişirdi. İndi də dəyişir, amma pis tərəfə. Bəzi islahatlar aparıldı, bəzi verilişlər bağlandı. Bağlanan verilişlərin aparıcılarına irad demirəm. Ailə məişət mövzuları... Elə mövzular var ki, onları ictimai şəkildə müzakirə etmək olmaz. Ailə daxilində əxlaqsızlıq baş verib. Bunun ictimai müzakirəsi nə deməkdir?".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı İlhamiyyə Rza "Qapqara" yutub layihəsində deyib. Aparıcı yayımı dayandırılan sosial verilişlərdən danışıb:
"Bunu müzakirə etmək, bu, mümkündür, yatmışları oyatmaq deməkdir. Psixologiyada belə bir şey var: narkotik maddəsi aludəçisini uzaqlaşdırmaq istəyirsənsə, mövzudan kənar getməlidir. Amma sən onu televiziorda göstərirsənsə, yadına salırsan. Eləcə də siqaret çəkməyi... Bütün pis vərdişləri... Məişət əxlaqsızlığı, neqativ halların ictimailəşdirilməsi ziyanlıdır. Bağlanmağını alqışlayıram. Verilişlərin gedişindən sonra həmin dəliyi nəyin dolduracağını görəndə əsas məsələni biləcəyik.
Kriminal romantikanı televiziya vasitəsilə evimizə saldılar. Gənclər bu romantikada yaşayırlar. Sosial şəbəkədə görürəm ki, xüsusi elə mahnıları sevirlər, oğru dünyasının anlayışları dillərindədir. Təəssüf...".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 19 Aprel 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















