Icma.az
close
up
RU
Bu mənasız verilişlərin reytinq ini kim ölçür?

Bu mənasız verilişlərin reytinq ini kim ölçür?

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Verilişlərin reytinqini təyin edən "Marsa" adlı şirkət haqqında bir müddətdir araşdırma aparıram, amma təəssüf ki, heç bir dəqiq və açıq məlumat tapmaq mümkün deyil. Hamı efirdə yayımlanan səviyyəsiz, mənasız verilişlərdən şikayətlənir, amma bu verilişlərin “reytinq”ini kim və necə ölçür – heç kim bilmir. Heç kim bilmir ki, bu cihazlar hansı evlərdə quraşdırılıb, nəticələr necə toplanır və hansı meyarlarla “populyarlıq” müəyyən olunur".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkə hesabında yazıb. Sənətçi verilişlərin reytinqinin hesablanmasından söz açıb. O bildirib ki, reytinq süni formada edilir:

"Bütün telekanallar bu cədvəl əsasında sponsorlardan və reklamdan pul qazanır. Nəticədə, səviyyəsiz “reytinqli qonaq” çağırılır, zövq oxşayan və yaxud maarifləndirici verilişlər isə guya ki, reytinq toplamır. Bu, çox ciddi məsələdir. Əminəm ki, bu sistem tam şəffaf şəkildə araşdırılsa, burada da dövlətimizə və xalqımıza xəyanət edənlərin izi tapılacaq.

Araşdırmadan əldə etdiyim məlumatlar: Marsa MMC (tam adı Media Audience Research System of Azerbaijan) Azərbaycanda televiziya auditoriyasının ölçülməsi ilə məşğul olan yeganə şirkətdir. Şirkət Böyük Britaniyanın “Kantar Media” adlı beynəlxalq media araşdırma qurumu ilə əməkdaşlıq etdiyini bildirir. Rəsmi saytında texniki tərəfdaşlıqdan bəhs olunur, amma şirkətin kimə məxsus olduğu, təsisçiləri və payçıları barədə heç bir açıq məlumat yoxdur. Reytinq ölçmələrinin necə və hansı evlərdə aparıldığı, cihazların (PeopleMeter) hansı prinsiplərlə seçildiyi barədə də ictimaiyyətə məlumat verilmir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://axsam.az
archiveBu xəbər 01 Noyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri