ARB TV bu verilişlərin yayımını dayandırır
Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ARB TV yeni mövsümdən efir siyasətində ciddi dəyişikliklər edəcək.
Axşam.az-ın əldə etdiyi məlumata görə, illərdir telekanalda yayımlanan bir sıra verilişlər bu mövsüm final edəcək.
Əməkdar artist Dilarə Əliyevanın aparıcısı olduğu və 7 ilə yaxındır efirdə olan “Söhbət var” proqramının yayımı dayandırılır. İki mövsümdür izləyicilərlə görüşən Pərviz Hüseynin “Pərvizə görə” layihəsi də ekranlarla vidalaşıb.
Bundan başqa, Kazım Sübhanın aparıcılıq etdiyi “Mədəni şou” və İlqar Mikayıloğlunun təqdim etdiyi “Günə bax” səhər proqramı da yeni mövsümdən efirdə olmayacaq.
Sözügedən aparıcıların fəaliyyətlərini hansı layihələrdə və ya hansı kanalda davam etdirəcəkləri isə hələlik məlum deyil.
Qeyd edək ki, ARB TV yeni mövsümdən etibarən şou yönümlü verilişlərin yayımını dayandırmağı planlaşdırır. Kanalın efirində əsasən bölgələrə və sosial mövzulara həsr olunan layihələrə üstünlük veriləcəyi bildirilir.
Baxış sayı:174
Bu xəbər 20 İyul 2026 09:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















