Icma.az
close
up
RU
Bu vəzifəli şəxslər həbs edildi

Bu vəzifəli şəxslər həbs edildi

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Moderator.az-a bildirilib ki, istintaq tədbirləri ilə Azərbaycan Respublikasında qeydə alınan hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında kənd təsərrüfatı məhsullarının alqı-satqısına dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına, habelə vergilərin ödənilməsindən yayınmasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Belə ki, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 208.2.1, 208.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama) və 213.3-cü (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə Kərimov Vasif Həsənxan oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması zamanı xəsarət almış I qrup əlillik dərəcəsi olan şəxslər-Nemət Yalçın Oqtay oğlu və Askarov Şəmistan Kidır oğlunun adlarına qeydiyyata alınmış vergi ödəyicilərinin eyniləşdirmə nömrələrindən istifadə etməklə apardığı sahibkarlıq fəaliyyəti zamanı konsiqnasiya yolu ilə xarici ölkələrə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 19 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 33 milyon manatdan artıq) pul vəsaitini Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarmaması və 3 milyon manatdan artıq vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması müəyyən edildiyindən Vasif Kərimov təqsirləndirilən şəxs qismində cəlb olunub və müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ilə məhkəmənin qərarı əsasında barəsində həbs qətimkan tədbiri seçilib. 

Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsilə istintaq edilən cinayət işi üzrə “Şam-Od” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 1,5 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 2,5 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Təhməzov Şamil Kamil oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Bundan başqa, Bakı şəhəri Nizami  rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və *308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə istintaq edilən cinayət işi üzrə “Ay&su” MMC tərəfindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına konsiqnasiya yolu ilə ixrac edilmiş kənd təsərrüfatı məhsullarından əldə olunan ümumilikdə 3 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 5,1 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Aslanova Aysel Əbilfət qızı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1 və 308.1-ci * maddələrilə istintaq edilən cinayət işi üzrə *“Exspressagro” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 2,3 milyon ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 3,9 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Əliyev Toğrul Elşən oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 208.2.1-ci maddəsilə istintaq edilən cinayət işi üzrə “Fruit” MMC tərəfindən konsiqnasiya yolu ilə xarici ölkəyə ixrac edilmiş malların müqabilində əldə olunan ümumilikdə 114 min ABŞ dollarından artıq məbləğdə (müvafiq dövrün məzənnəsi ilə 193 min manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Bədəlov Asif Maarif oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Dekabr 2024 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see423

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see378

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see377

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see357

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see311

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see301

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see285

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see281

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see278

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see278

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see272

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see258

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see256

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see256

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see227

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see224

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see222

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see205

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see195

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri