Icma.az
close
up
RU
“Bu, xarici siyasətdə unikal strateji hadisə hesab oluna bilər” Deputat

“Bu, xarici siyasətdə unikal strateji hadisə hesab oluna bilər” Deputat

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bu gün dünya siyasətində müxtəlif qütblərdə yerləşən və müxtəlif əməkdaşlıq, rəqabət səviyyəsində münasibətləri olan güc mərkəzləri var. Amma bəzən bu güc mərkəzləri arasında rəqabət müharibə səviyyəsinə qədər gəlib çatır və hazırda biz dünya siyasətində həm də rəqabətin müharibə və münaqişə mərhələsinə keçməsi dövrünü yaşamaqdayıq. Buna baxmayaraq, Azərbaycan istər Qərb, istər Qlobal Cənub, istər Şimal, istərsə də Cənub mərkəzli beynəlxalq aktorlarla öz maraqları lehinə strateji münasibətlər qurmağı bacarıb”.

Bu barədə 525.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputatın fikrincə, bu, xarici siyasətdə unikal strateji hadisə hesab oluna bilər:

“Heç şübhəsiz ki, Azərbaycanın bu mövqeyinin və öz lehinə şərtlər təminetmə strategiyasının memarı Azərbaycan Prezidenti İlham Əliyevdir. Məsələ ondadır ki, Azərbaycan özünün geostrateji çatışmazlıqlarını həyata keçirdiyi böyük layihələrlə geostrateji üstünlüyə çevirməyi bacarıb. Beynəlxalq münasibətlərdə ədaləti, sülhü, beynəlxalq hüququ bərqərar edən mühüm aktor kimi tanınıb. Bu isə Azərbaycana münasibətdə rəğbət yaradır. Eyni zamanda, Azərbaycan heç vaxt iqtisadi, humanitar və mədəni əməkdaşlıq məsələlərini siyasi proseslərdə alətə çevirməyib. Bu da əlbəttə ki, Azərbaycana münasibətdə bir etibarlı tərəfdaş obrazı formalaşdırıb”.

Deputat əlavə edib ki, son bir ayın təcrübəsində Azərbaycan Prezidentinin həm Şanxay Əməkdaşlıq Təşkilatında, həm MDB Dövət Başçıları Şurasının iclasında, həm Avropa Siyasi Birliyində, həm də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirakını və çıxışlarını izlədik. Eyni zamanda, dövlət başçısı Misirdə Yaxın Şərq Sülh Sammitində iştirak etdi:

“Gördük ki, bütün tədbirlərdə Azərbaycan Prezidenti ən arzuolunan qonaqdır, ən etibarlı və ən çox diqqətçəkən siyasi liderdir. Bütün bunlar Azərbaycanın yuxarıda sadaladığımız mövqeyindən irəli gəlir. Çünki hazırda beynəlxalq münasibətlər sistemində Azərbaycan kimi ədalətli, qətiyyətli və cəsarətli davranan aktor tapmaq bir qədər çətindir. Bu isə əlbəttə ki, xalqımız, dövlətimiz üçün yeni imkanlar və yeni perspektivlər yaradır, Azərbaycanın əldə etdiyi yeni reallığı daha da möhkəmləndirir”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri