Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Azərbaycanda “COVİD əfvi” tətbiq oluna bilər DEPUTAT

Azərbaycanda “COVİD əfvi” tətbiq oluna bilər DEPUTAT

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Türkiyə parlamentində koronavirus pandemiyası (COVID) dövründə tətbiq edilən cəzaların bir qisminə əfv edilməsi ilə bağlı qanun layihəsi müzakirə edilir. “COVİD əfvi” kimi tanınan təşəbbüsün 50-55 min nəfəri əhatə edəcəyi bildirilir. Qeyd edək ki, dünyanın bir sıra ölkələrində pandemiya dövründə verilmiş inzibati cərimələrə, həmçinin digər cəzalalara yenidən baxılması artıq praktika halını alıb. Bəzi cərimələrin silinməsi, hətta ödənilmiş məbləğlərin qismən qaytarılması ilə bağlı qərarlar qəbul olunub. Bu xüsusda Azərbaycanda da mövcud beynəlxalq təcrübə və cəmiyyətin sosial rifahı nəzərə alınmaqla oxşar mexanizmlərin müzakirəyə çıxarılması məsələsi aktuallaşır.

Avtosfer.az-ın məlumatına görə, bu barədə "Modern.az"a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Azər Allahverənov da bildirib ki, “COVİD əfvi” kimi tanınan mexanizmlər artıq bir sıra ölkələrdə tətbiq olunur. Onun sözlərinə görə, Rusiya, Gürcüstan, Sloveniya, Serbiya və digər ölkələrdə pandemiya dövründə verilmiş cərimələrə müxtəlif formalarda yenidən baxılması praktikasına rast gəlinir:

“Bu proses total əfv deyil, daha çox konkret situasiyalara əsaslanan fərdi və ya qismən tətbiq olunan addımlar şəklində reallaşıb. Maska taxmamaqdan tutmuş, təcrid qaydalarını pozmağa və ya kütləvi tədbirlər təşkil edən hüquqi şəxslərə qədər müxtəlif səbəblərlə verilmiş cərimələr ayrı-ayrılıqda qiymətləndirilib. Bəzi ölkələrdə bu cərimələrdən tam azadolunma və ya ödənilmiş məbləğlərin geri qaytarılması hallarına rast gəlinir. Türkiyədə də oxşar təşəbbüslər əvvəllər gündəmə gəlsə də, hazırkı paket bir qədər geniş kütləni təxminən 50-55 min şəxsi əhatə edir. Gürcüstanda iki minə yaxın insan cərimələrdən azad olunub, Rusiyada isə bu rəqəm bu və digər ölkələrdə müqayisədə daha yüksək olub. Avropa ölkələrində də pandemiya dövründə verilmiş inzibati qərarların sosial təsirləri nəzərə alınaraq müxtəlif yanaşmalar tətbiq edilib”.

Deputat vurğulayıb ki, Azərbaycanda həmin dövrdə cərimələr əsasən maska taxmamaq, toyların keçirilməsi, kütləvi tədbirlərə qadağaların pozulması və digər hallarla bağlı tətbiq edilirdi:

“Hətta bəzi hüquqi şəxslər də qaydaları pozduğuna görə məsuliyyətə cəlb olunub. Məsələnin Milli Məclisdə qaldırılması halında İnsan hüquqları komitəsinin üzvü olaraq beynəlxalq təcrübəyə istinad etməklə öz fikirlərimi söyləyə bilərəm. Bunun üçün mövzuya dair rəsmi müraciət daxil olması da vacib şərtlərdən biridir. Eyni zamanda nəzərə alınmalıdır ki, ölkədə karantin rejimi hüquqi olaraq hələ də qüvvədədir və müəyyən məhdudiyyətlər, xüsusilə quru sərhədlərində gediş-gəlişlə bağlı tətbiq olunmaqda davam edir. Məhdiyyətlər qaydaları şərtləndirir, bunlara əməl olunmadığı təqdirdə də inzibati məsuliyyət yaradan bir hal alır”.

A.Allahverənov onu da əlavə edib ki, bununla belə, sözügedən məsələ bilavasitə insanların sosial rifahı və maddi vəziyyəti ilə bağlıdır:

“İstənilən halda düşünürəm ki, məsələyə həmin aspektdən yanaşmaq və onun geniş müzakirəyə ehtiyacı olduğunu qeyd etmək lazımdır. Necə ki, Türkiyənin Milli Məclisində bu mövzu təklif kimi səsləndirilirsə, deməli, yenə də müzakirə olunması gərəkən bir məsələdir. Yəni təklifin səsləndirilməsi onun dərhal qəbul edilməsi demək deyil”.

Deputat, həmçinin digər aidiyyəti strukturların da bununla bağlı öz fikirlərini bildirməsinə diqqət çəkib:

“Biz insanların sosial rifahına nə qədər diqqət yetiririksə, onların təhlükəsizliyinə də eyni dərəcədə önəm veririk. Bu isə həmin təhlükəsizlik sisteminin elementlərindən biridir. Bütün məsələlər kompleks şəkildə nəzərdən keçirilməli, aidiyyəti strukturların rəyləri də nəzərə alınmaqla müəyyən qərarlar qəbul edilməlidir. Amma qeyd etdiyim kimi, bu total şəkildə deyil, daha çox situasiyaya və şərtlərə görə dəyişə bilən bir qərardır. Hər bir halda, “COVID əfvi”nin müzakirə olunması gərəkən bir məsələ olduğunu düşünürəm”, - deyə A.Allahverənov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 Dekabr 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see640

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see376

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see345

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see256

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see249

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see247

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see232

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see224

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see224

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see215

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see209

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see200

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see197

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see196

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see194

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see192

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see186

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see183

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see175

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri