Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Bu xəstəlik xərçəngə yol açır Qadınlar bu bəladan daha çox əziyyət çəkir

Bu xəstəlik xərçəngə yol açır Qadınlar bu bəladan daha çox əziyyət çəkir

Publika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müasir dövrün ən aktual xəstəliklərindən biri də piylənmədir. Bu gün dünyada piylənmədən əziyyət çəkən insanların sayı bir milyarddan çoxdur və hər il təxminən üç milyon insan piylənmənin yaratdığı fəsadlar səbəbindən həyatını itirir. “Global İndex” dünyada artıq çəkidən əziyyət çəkən ölkələrin siyahısını açıqlayıb. Araşdırmaya görə, Kuk adalarında əhalinin 69,8%, Nauruda 58,1%, Kiribatidə 56,7, Küveytdə 43,8%, ABŞ-də 42,7%, Meksikada 36,9%, Misirdə 35,7%, Yeni Zelandiyada 34,3%, Argentinada 32,4%, Avstraliyada 31,3%-i piylənmədən əziyyət çəkir.

Bizim coğrafiyanın da insanları yeyib-içməyə meylli olduqları üçün xəstəlik buralarda da aktualdır. Ətrafımızda artıq çəkidən əziyyət çəkən kifayət qədər insanlarla rastlaşırıq. Üstəlik, köklüyün sağlamlıq əlaməti olduğunu düşünən, övladları güclü olsun deyə çox yedizdirən, kök uşaqların daha şirin, toppuş sayıldığı ölkədə bu xəstəlikdən yan keçmək mümkün deyil.

Metabolik sindromla mübarizə aparırıq

Respublika Endokrinoloji Mərkəzin həkim endokrinoloqu Lalə Məmmədova da “Kaspi”yə açıqlamasında təsdiqləyir ki, son vaxtlar piylənmə problemi ilə bağlı Mərkəzə müraciət edənlərin sayı artıb. Həkim bildirir ki, artıq çəki ilə bağlı ölkəmizdə də ciddi problemlər var: “Bu gün biz metabolik sindromla ciddi şəkildə mübarizə aparırıq. Bu, müasir dövrün geniş yayılan və ciddi sağlamlıq problemidir. Bu sindrom bir sıra metabolik pozğunluqların bir araya gəlməsi ilə xarakterizə olunur və ürək-damar xəstəlikləri, diabet və yüksək təzyiqə yol açır. Bu sindiromun ən önəmli səbəbi piylənmədir. Yəni biz tək piylənmə ilə mübarizə aparmaqla diabet, yüksək təzyiqi və ürək damar xəstəliklərinin də qarşısını almış oluruq. Metabolik sindromdan qorunmaq üçün erkən müdaxilə və düzgün həyat tərzi vacibdir. Bu səbəbdən də piylənməyə erkən yaşda müdaxilə çox mühümdür”.

Artıq çəkili uşaqların sayı artıb

Həkim deyir ki, artıq çəki probleminin ilkin mərhələsi uşaq yaşlarından başlayır. Ana və nənələrin uşağı daha çox yedizdirməsi, kök uşağın gələcəkdə daha güclü ola biləcəyi düşüncəsi piylənməyə qapı açır: “Son bir neçə ildə artıq çəkili uşaqlarla daha çox rastlaşırıq. Məsələn, bir sinifdə 20-30 şagirddən 4-5-i artıq çəkili olur. O uşaqlarla danışıb, araşdıranda görürük ki, ailədə zob, şəkər, təzyiq xəstəliyi var. Belə davam edərsə, bu uşaqlar da o xəstəliklərlə mübarizə aparmalı olacaq. Ona görə də, piylənməni uşaq vaxtından aşkarlamaq, üstünə düşmək gələcəkdəki sağlamlıq problemlərinin qarşısını alır. Sağlam qidalanma bu məsələdə çox vacibdir”.

Bu xəstəlikdən qadınlar daha çox əziyyət çəkirlər

Həkim deyir ki, Azərbaycanda piylənmə problemi qadınlarda daha çox rast gəlinir: “Qadınlarımız kişilərdən daha çox artıq çəki, şəkər, təzyiqdən əziyyət çəkirlər. Bu, qadınların orqanizmi ilə bağlıdır”.

Statistikaya görə də, həm dünyada, həm də ölkəmizdə uşaq və yeniyetmələr arasında piylənmə daha sürətlə yayılır. Dünyada son 30 ildə yetkinlik yaşına çatmış insanlar arasında piylənmə qadınlarda iki dəfədən çox, kişilərdə təxminən üç dəfə, uşaq və yeniyetmələrdə isə dörd dəfə artıb. Ölkəmizdə 2012-ci ildə piylənmədən əziyyət çəkən uşaqların sayı 1176 olsa da, bu göstərici 2022-ci ildə 91 faiz artaraq 2252-yə çatıb. Son statistikaya əsasən, ölkələr üzrə piylənmənin dərəcələrinə görə respublikamız dünyanın 200 ölkəsi arasında kişilər üzrə 100-cü, qadınlar üzrə isə 65-ci yerdədir.

"Az, amma tez-tez yemək daha faydalıdır"

Həkim deyir ki, artıq çəkinin qarşısını almaq üçün sağlam qidalanmaq və hər gün yürüş etmək lazımdır: “Ən vacib nüans yeməyin porsiyasının azlığıdır. Çox yemək insan orqanizmində ciddi fəsadlar yaradır. Avropa ölkələrində porsiyaların miqdarı bizim qədər çox deyil. Yeməkdən alınan enerji sərf olunan enerjidən çox olduqda, bu enerji bədəndə yağ kimi saxlanılır. Bu vəziyyət uzun müddətdə davamlı olaraq meydana gəldiyində bədəndəki yağ miqdarı həddindən artıq artır. Düzdür, heç kimə deyə bilmərik “bozbaşın ölçüsünü 300 milliqram et”. Amma bir dəfəyə çox yemək, ümumiyyətlə, yeməyin miqdarı artıq çəkidə çox rol oynayır. Az yeyib, tez-tez yemək daha faydalıdır, nəinki bir dəfəyə çox yemək. Bununla yanaşı, çox hərəkət etmək, gün ərzində minimum 20-25 dəqiqə gəzmək lazımdır. Bu, həm xolesterini salır, həm təzyiqi düzəldir, həm də ürək xəstəliklərinin qarşısını alır. Uşaqları fast-food, enerji içkiləri, qazlı sulardan uzaq tutmalıyıq. Yeniyetmə dövrü bu xəstəliyin qarşısının alınması üçün çox vacibdir”.

Artıq çəki güc və sağlamlıq göstəricisi deyil

Həkim-diyetoloq Semira Avcı isə deyir ki, ilk altı ay ana südü ilə qidalanmayan uşaqlarda piylənmə probleminə daha tez-tez rast gəlinir: “Araşdırmalar ana südü ilə qidalanmayan uşaqların piylənməyə daha çox meylli olduğunu göstərir”.

Diyetoloqun sözlərinə görə, piylənmənin müalicəsinin 70-80 faizi valideynin və pasiyentin, 30 faizi həkimin üzərinə düşür: “Valideynlər övladlarının çəkisini nəzarətdə saxlamalıdırlar. Piylənmə istər böyüklərdə, istərsə də uşaqlarda fizioloji problemlərlə yanaşı, psixoloji problemlərə də yol açır. Piylənmə dövrün xəstəliyidir və müalicəsi də mümkündür. Əgər bu problemə dırnaqarası baxılsa, yorğunluq, yuxusuzluq və ən nəhayət xərçəngə də yol açır. Artıq çəki güc və sağlamlıq göstəricisi deyil, ciddi problemdir”.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilədək dünya əhalisinin təxminən yarısının artıq çəki və piylənmədən əziyyət çəkəcəyini proqnozlaşdırır.("Kaspi" qəzeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://publika.az
archiveBu xəbər 30 Noyabr 2024 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri