Bu xəstəliklər zamanı pomidor yemək olmaz
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ən faydalı tərəvəzlərdən biri olan pomidor orqanizmi vacib vitamin və minerallarla təmin edir, ürək-damar və xərçəng xəstəliklərindən qoruyur.
Lakin bu faydalı məhsulun da müəyyən əks-göstərişləri mövcuddur.
Beləliklə, hansı xəstəliklər zamanı çoxlu pomidor yemək arzuolunmaz sayılır?
“Cebheinfo.az” xəbər verir ki, dietoloq, tibb elmləri doktoru, professor Yelena Xoxlova bildirib ki, pomidor böyrək xəstəlikləri, xüsusilə də oksalat daşlarının yaranmasına meyillilik zamanı istifadəsi qadağan olunmalıdır:
“Mədə-bağırsaq traktında problemlər, eləcə də podaqra artriti olan şəxslər isə pomidor qəbulunu həkimlə razılaşdırmalıdırlar”.
O vurğulayıb ki, pomidorun da daxil olduğu badımcançiçəklilər fəsiləsinə aid tərəvəzlərin artritə zərər verdiyi və oynaqlarda iltihaba səbəb olduğu barədə geniş yayılmış fikir elmi cəhətdən sübut olunmayıb. “Pomidorun tərkibində əsasən toxum və qabıqda olan lektin və saponin kimi birləşmələr var.
Bu maddələr birbaşa oynaqların sağlamlığına təsir etmir, lakin bağırsaq keçiriciliyi artdıqda, yəni “sızan bağırsaq sindromu” zamanı bağırsaq divarına təsir göstərə bilər.
Bu halda bağırsağın qıcıqlanması immun reaksiyanı gücləndirə və dolayı yolla oynaq proseslərinə təsir göstərə bilər”, – deyə həkim qeyd edib.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:79
Bu xəbər 26 Avqust 2026 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















