Icma.az
close
up
RU
Bu xidmətlərə artıq mygov dan müraciət etmək mümkündür Sürücülərin nəzərinə!

Bu xidmətlərə artıq mygov dan müraciət etmək mümkündür Sürücülərin nəzərinə!

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

"mygov" platforması üzərindən təqdim olunan rəqəmsal xidmətlərin əhatə dairəsi genişlənməkdə davam edir. Daxili İşlər Nazirliyinin nəqliyyat sahəsi üzrə təqdim etdiyi bir sıra xidmət və məlumatlar artıq "mygov" platformasına inteqrasiya olunub. Yeni inteqrasiya dövlət xidmətlərinin ayrı-ayrı sistemlərdən vahid rəqəmsal platformaya keçidi istiqamətində atılan növbəti addımlardandır.

Yenilik nəticəsində vətəndaşlar artıq müxtəlif platformalar arasında keçid etmədən nəqliyyat xidmətlərindən birbaşa "mygov" üzərindən yararlana biləcəklər. Bununla yanaşı, xidmətlərin daha əlçatan, sürətli və istifadəçi yönümlü təqdim olunması vətəndaş təcrübəsinin təkmilləşdirilməsinə xidmət edir.

"mygov" platformasına inteqrasiya olunan nəqliyyat xidmətləri və məlumatı aşağıdakılardır:

· Nəqliyyat vasitəsinin axtarışda və ya yüklü olub-olmaması haqqında arayış

· Sürücülük vəsiqəsinin dəyişdirilməsi

· Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış

· Nəqliyyat vasitəsinin texniki baxışı məlumatı

Qeyd edək ki, vətəndaşlar xidmətlərə mobil tətbiqin "Xidmətlər" bölməsindəki "Nəqliyyat" kateqoriyası vasitəsilə, veb portalda isə "Daxili İşlər Nazirliyi" bölməsini seçərək keçid edə bilərlər. Eyni zamanda nəqliyyat vasitəsinin texniki baxış məlumatına platformanın məlumatlar bölməsində baxa bilərlər.

"Nəqliyyat vasitəsinin axtarışda və ya yüklü olub-olmaması haqqında arayış" xidməti vətəndaşlara nəqliyyat vasitəsinin hüquqi statusu barədə məlumatı operativ şəkildə əldə etməyə imkan yaradır. İstifadəçilər müvafiq xidmətə daxil olaraq öz nəqliyyat vasitələri üzrə mövcud arayışları görüntüləyə, zəruri hallarda yeni müraciət formalaşdıra və sənədi rəqəmsal formada əldə edə bilirlər.

"Sürücülük vəsiqəsinin dəyişdirilməsi" xidməti vasitəsilə istifadəçilər müraciət prosesini tam rəqəmsal formada həyata keçirə bilirlər. Platforma sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı məlumatların yoxlanılması, foto seçimi, qeydiyyat orqanının müəyyən edilməsi və ödəniş mərhələlərinin vahid platforma üzərindən icrasına imkan yaradır. Müraciət tamamlandıqdan sonra yeni sürücülük vəsiqəsinin hazır olması barədə istifadəçiyə məlumat təqdim olunur.

"Nəqliyyat vasitəsinin zədələnməsinə dair arayış" xidməti vasitəsilə vətəndaşlar nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı müraciəti rəqəmsal qaydada formalaşdıra bilirlər. İstifadəçi hadisə ilə bağlı zəruri məlumatları daxil etdikdən sonra müraciət aidiyyəti üzrə baxılmaq üçün göndərilir və arayış hazır olduqda platforma üzərindən təqdim edilir.

"Nəqliyyat vasitəsinin texniki baxışı" məlumatı isə artıq "mygov" platformasında rəqəmsal formada əlçatandır. Vətəndaşlar nəqliyyat vasitəsinə dair texniki baxış məlumatlarını platforma üzərindən baxa və istifadə edə bilərlər.

"mygov" mobil tətbiqini yükləmək üçün keçid: https://onelink.to/rryy4q

Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:

· LinkedIn

· Facebook

· Instagram

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 May 2026 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri