Icma.az
close
up
RU
“Bu yalnız müsəlman dünyasının problemi deyil, bəşəriyyətin birgə öhdəliyidir”

“Bu yalnız müsəlman dünyasının problemi deyil, bəşəriyyətin birgə öhdəliyidir”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

“Son illər dünyada qlobal siyasi və sosial proseslərin fonunda dinlərarası dialoqun təşviqi və dini ayrı-seçkiliklə mübarizə məsələləri beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Bu baxımdan Bakıda keçirilən “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans yalnız regional deyil, həm də qlobal səviyyədə əhəmiyyət kəsb edən tədbirlərdən biri kimi çıxış etdi. Konfransın məqsədi islamofobiyanın ideoloji və sosial köklərini ifşa etmək, onun nəticələrini geniş ictimaiyyətə çatdırmaq və bu təhlükəli tendensiyaya qarşı beynəlxalq həmrəylik formalaşdırmaqdır. Konfransda dünyanın müxtəlif ölkələrindən gəlmiş alimlər, siyasətçilər, hüquq müdafiəçiləri və dini liderlər iştirak edərək islamofobiyanın təzahür formaları, səbəbləri və bu problemin aradan qaldırılması yolları ilə bağlı dərin müzakirələr apardılar. Ümumiyyətlə, islamofobiyanı müasir dünyanın sakit təhlükəsi kimi də adlandırmaq olar”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu söyləyib.

O diqqətə çatdırıb ki, konfrans iştirakçılarının da vurğuladığı kimi, islamofobiya təkcə dini ayrı-seçkilik deyil, həm də qlobal miqyasda sosial gərginliyi dərinləşdirən və millətlərarası münasibətləri pozan bir təhlükədir: “Bu fenomen çox zaman terrorizm və təhlükəsizlik narahatlıqları kontekstində haqsız olaraq müsəlmanlara yönəldilən ittihamlar və şübhələr fonunda təşviq olunur. Halbuki, konfrans iştirakçılarının çıxışları sübut etdi ki, bu cür stereotiplər təkcə müsəlmanlara qarşı deyil, ümumilikdə cəmiyyətlərin birgəyaşayış prinsipinə qarşı yönəlmiş bir təhdiddir. Konfransın Bakıda keçirilməsi də təsadüfi deyildi. Azərbaycan tolerantlıq və multikulturalizm ənənələri ilə tanınan bir ölkə kimi, müxtəlif dinlərin və etnik qrupların sülh şəraitində birgə yaşadığı nadir nümunələrdən biridir. Bu baxımdan, Azərbaycan beynəlxalq ictimaiyyətə sülh və birgəyaşayış mesajı vermək baxımından mühüm rol oynayır. Konfrans zamanı Azərbaycanın bu sahədə atdığı addımlar – dini azlıqlara yaradılan şərait, dövlət-din münasibətlərində tolerant və balanslı siyasət, beynəlxalq səviyyəli tədbirlərin təşkili – bir daha nümayiş etdirdi ki, ölkə bu sahədə söz sahibi olmaqla yanaşı, həm də nümunəvi mövqe tutur”.

E.Telmanoğlu əlavə edib ki, konfrans təkcə problemə diqqət çəkməklə kifayətlənmədi, həm də praktiki həll yolları və tövsiyələr təqdim etdi: “Konfrans iştirakçıları təhsil sistemində tolerantlığın təşviqi, medianın məsuliyyətli davranışı, hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın artırılması kimi vacib məsələlərə toxundular. Bu konfrans göstərdi ki, islamofobiya ilə mübarizə yalnız müsəlman dünyasının problemi deyil, bəşəriyyətin birgə öhdəliyidir. Qərəzin ifşası və stiqmaların dağıdılması üçün atılan hər bir addım, daha ədalətli və humanist dünya nizamına aparan yolun bir hissəsidir”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 May 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri