Icma.az
close
up
RU
Bu ağac öləcək... Ləman İlkin yazır

Bu ağac öləcək... Ləman İlkin yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ləman İLKİN

Həyətimizdə ortadan çəkilən arakəsmənin o biri üzü bağımızdır. Biz uşaqkən o bağda gilas, albalı, gavalı, heyva ağacları vardı. Hər il yaxşı bar verən ağacların başından düşməzdik. Meyvələr yetişən kimi anam bizi ağaca, hinin başına çıxardar, yetişib qıpqırmızı olan albalıları yığmağımızı tapşırardı. Xəstələnəndə albalı mürəbbəsini çaya qatar, ləzzətlə içər, beləcə özümüzü mükafatlandırardıq. Bir də qara gilas ağacımız var idi. O qədər tez boy atırdı ki, atam hər yay meyvələr yetişəndə çıxıb ağacın başını kəsərdi. Ağacın kəsilib yerə düşmüş hissəsində budaqların arasına girib yarpaqların içində gizlənmiş meyvələri yığmaq bir ayrı xoşbəxtlik idi. Uşaq idik axı, xoşbəxt olmağımıza bu da bəs edirdi. Hər yay səhərdən axşama qədər o bağda olardıq, bu budaqdan o budağa tullanardıq.

Bir də həyətin ortasında, o biri ağaclardan ayrı bir alma ağacı var idi. Hər yay yaxşı bar verərdi. Amma onun üzünə belə baxmazdıq. Tək-tənha qalmışdı. Kənarda dayanıb bizim qəhqəhələrimizi dinləyər, oyunlarımıza tamaşa edərdi. Əlacı olsaydı, arakəsmədən o biri tərəfə keçər, ağaclarla dostlaşar, bizimlə oynayardı. O ağacın almaları heç vaxt böyüməzdi, xırda-xırda olardı, bir-iki dəfə yanından keçəndə əlimizi atıb budaqdan birini qopardar, bir diş vurub yerə tullayardıq. Heç onu sulamırdıq belə. Atam tək-tük hallarda, həyəti sulayanda ona da su verərdi. Qəribəsi o idi ki, bizdən heç vaxt inciməzdi. Hər yaz gələndə ağ-çəhrayı gülləri açar, yaşıl örpəyinə bürünər, doyunca meyvə payımızı verərdi.

Evimizdən də hündür olan gilas ağacı bir yay bar vermədi. Məyus olmuşdum. Hər yay olduğu kimi, bu dəfə də atamın onun başını kəsməyini, guppultu ilə yerə düşən ağacın hər yana tökülən meyvələrini yığmağı səbirsizliklə gözləyirdim. Amma həmin yay qulağımıza gilasdan sırğa taxa bilmədik. Beləcə, hər il  bağımızdakı ağaclar qurumağa başladı. Torpaq şoranlaşdı. Daha əvvəlki bağdan əlamət qalmadı, artıq biz o bağa keçmədik. Başladıq həyətdə oynamağa. Bu dəfə ətrafımızda ağaclar, budaqlar yox idi. Bircə alma ağacı var idi. Gecələr gizlənpaç oynamağı sevirdik. Qorxsaq da, qazanmaq üçün ən qaranlıq yerlərdə gizlənməkdən çəkinmirdik. Bir gün qonşu uşaqları ilə gizlənpaç oynayanda gizlənməyə yer tapmadım, həyətin ortasında vurnuxmağa başladım. Birdən gözümə alma ağacı dəydi. Baxdım ki, budaqlarının arasında gizlənmək olar. Birtəhər yuxarı dırmaşdım, yarpaqların arasında gizləndim. Ağac da məni bağrına basdı. Elə bil illərdi, bu anı gözləyirmiş. Qoynunda elə bərk-bərk gizlətdi ki, orada olduğum heç kimin ağlına gəlmədi. Elə qonşumuzun oğlu məni axtara-axtara ağacın yanından keçəndə budaqların arasından tullanıb var gücümlə əlimi divara vurmağa qaçdım. Alma ağacıyla o gündən sonra dostlaşdıq. Təkcə gizlənpaç oynayanda yox, anamı əsəbləşdirəndə də onun budaqlarına sığınırdım. Eyni məhəbbətlə məni ağuşuna alır, həyatın hər qəmindən gizlədirdi. Amma bir yerə qədər...

Demək olar ki, hər gün ağacın altında süfrə açırdıq, hava isti olsa da, naharımızı orda edirdik, sonra atam samovar qaynadardı. Axşama tərəf qonşular da yığışar, deyib-gülərdik, ağac da bizə yoldaşlıq edərdi.

Beləcə neçə yayı ötürdüm. Universitetə qəbul olandan sonra rayona çox nadir hallarda getdiyim üçün alma ağacının çiçək açmasını, qurumuş budaqlarının yaşıl örpəyə bürünməsini görmürdüm. Mən gedəndə artıq o yamyaşıl başında meyvə dolu bir ağac olardı. Böyümüşdüm, artıq nə gizlənpaç oynayanda, nə də anam əsəbləşəndə alma ağacına sığınırdım. Ona sığınmaq üçün başqa qayğılarım var idi. Amma o qocalmışdı. Nə məni, nə də qayğılarımı daşıyacaq gücdə idi. Budaqlarına çıxa bilməsəm də, kölgəsində rahatlıq tapmağa çalışırdım. Nənəmin toxuduğu palazı ağacın altına sərər, üzərinə uzanıb gözlərimi yumardım. O isə məni kölgəsində ağuşuna alar, qaçdığım bütün qayğılardan, qorxulardan qorumağa, gizlətməyə çalışar, dünyanın bütün səs-küyündən budaqları ilə qulaqlarımı tutaraq qoruyardı.

Bir il əvvəl ağac əvvəlki qədər bar vermədi. Taqətdən düşmüş budaqlarına kədərlə baxdığım anda atam dedi ki, deyəsən, kəsmək vaxtı gəlib. Donub qalmışdım. Nə deyəcəkdim? Atamın belə bilmədiyi sirlərimi, qayğılarımı bu ağac bilirdi. Hər nəysə... Atam necə oldusa, fikrindən döndü, kəsmədi. Başı həyətdəki başqa işlərə qarışdı. Ağac qocalsa da, hələ də ordadı. Vaxtilə çətin günlərimin şahidi olan, budaqları, kölgəsi ilə məni ağuşuna alan ağac indi xoş günlərimin şahididir.

Amma deyəsən, onun da vaxtı çatır. Bilmirəm nəyə görəsə tez-tez rayona getmək istəyirəm, ən çox da bu aylarda - alma ağacım çiçək açan vaxtlarda. Gedib onun yanındakı yelləncəkdə yellənə-yellənə budaqlarına sığal çəkmək istəyirəm.

Qəribə bir xasiyyətim var. Böyüməkdən, yetişkin biri olmaqdan qaçıram. Bircə onu bilirəm ki, o ağac kəsilən gün mən böyüyəcəm, daha onun budaqlarında gizlənməyəcəm, kölgəsinə sığınmayacam, daha uşaq olmayacam.

Bu ağac öləcək.

Üzündən-gözündən tökülür ölüm,

Bu ağac öləcək bu gün, ya sabah...

Bu ağaca qonan o quş öləcək.

Üzündən-gözündən tökülür ölüm,

o quş da öləcək bu gün, ya sabah.

O quşa dən səpən bu qız öləcək.

Üzündən-gözündən tökülür ölüm,

bu qız da öləcək bu gün, ya sabah.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://525.az
archiveBu xəbər 08 May 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see425

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see319

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see237

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see227

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see224

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see217

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see206

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see189

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see188

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see188

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see184

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see181

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see174

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri