Icma.az
close
up
RU
“Mənim kimi sənsizlikdən öləcək...”

“Mənim kimi sənsizlikdən öləcək...”

Olay.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əməkdar artist Aybəniz Haşımova paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, arxiv fotosunu paylaşan sənətçi bunları yazıb:

“Niyə vaxtında sənin dəyərini, qədrini bilmədim, ay qız? Harda qaldı o əllə çəkilmiş kimi incə qaşların, içi kədərlə dolsa da, sevgidən işıq saçan gözlərin? Harda soldurdun Gəncə laləsinə bənzər yanaqlarını? Hansı vaxt, hansı dərd bal süzülən nəğməli dodaqlarını buza döndərdi? İndi səni qəlbimdə min dəfə səsləyirəm, amma sən məni eşitmirsən. Allaha yalvarıram, sanki dualarım da yolunu itirib sənə çata bilmir. Səni çox axtarıram, amma heç yerdə tapa bilmirəm. Məndən küsdüyünü bilirəm... Həm də çox pis küsmüsən. Ona görə nə qədər səni çağırsam da, artıq geri dönmürsən. Çünki sənə gələn bütün körpülərimi öz əllərimlə yandırmışam... İndi isə hər şəklinə baxdıqca gözlərim yanır, qəlbim paramparça olur... Səsini xatırladıqca ruhuma soyuq çökür. "Nə gəlməz oldun?" – deyə pıçıldayıram... “Biri sənsən, biri mən..." – deyirəm. Amma sən harayıma da, səsimə də cavab vermirsən. Bəzən sənə, sənli illərimə qayıtmaq üçün hər şeydən keçmək istəyirəm. Amma yenə də dönüb itirdiyim sevgimin xarabalığında, xəcil bir durna kimi çırpına-çırpına qalıram. Bir gün o yollar da səni məndən ayırdığına görə çox ağlayacaq... Çünki o yollar da, Allah da hər şeyin şahidi idi.. Və o yolların özü də mənim kimi sənsizlikdən öləcək... Əlvida, Arazın o tayından mənə baxan qız. Daha səni səsləməyəcəyəm. Nə sənə yazacağam, nə də yolunu gözləyəcəyəm. Çünki anladım ki, sən məni özünlə aparmayacaqsan. Əgər aparacaqdınsa, çoxdan göndərməzdin. Olsun... Mən sənsiz qalanda da ayaqda dura bildimsə, demək, bundan böyük dağlara da sinə gərə bilərəm... Amma hərdən kövrəlib səni xatırlasam, gözlərim dolsa, ürəyim sızlasa... Məndən incimə...

Çünki bəzi sevgilər bitmir... Sadəcə, susur...”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://olay.az
archiveBu xəbər 10 İyun 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri