Bu yerlərdə növbə ilə mühafizə xidmətləri göstərilməlidir Tanınmış memardan TƏKLİF
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Deputat Gülşən Paşayeva Milli Məclisdə müzakirələr zamanı bildirib ki, abidələrin ətrafında mühafizə zonaları yoxdur. Millət vəkilinin sözlərinə görə, insanları cəzalandırmaq üçün əvvəlcə biz əmin olmalıyıq ki, bu abidələr müvafiq olaraq hansısa mühafizə zonalarındadır.
Redaktor.az-a danışan memar Cahid Həsənovun sözlərinə görə, abidələrin mühafizə zolaqlarının olması çox mühüm və vacib məsələlərdən biridir:
"Elə abidələr, elə yerlər var ki, diqqətəlayiq yerlər siyahısındadır, xalqımızın sərvətidir. Belə yerlər də daxil olmaqla mühafizə zolaqları təyin olunmalıdır. Söhbət təkcə mühafizə zolaqlarının təyin olunmasından getmir. Bu yerlərdə növbə ilə mühafizə xidmətləri göstərilməlidir. Söhbət hansısa kamera qurğularından getmir. Mütləqdir ki, bir neçə növbə ilə orada mühafizədə də dursunlar. Bilərəkdən-bilməyərkdən, yeniyetmə ola bilər, problem yarada bilər və s. Bir kərpicə belə dəyilsə, böyük bir sərvət itkisi deməkdir. Mühafizə zolaqları olması ilə yanaşı, bir neçə dillərdə, iri həcmli lövhələr olmalıdır. Yəni abidənin, ərazinin ciddiliyini, mükəmməlliyini göstərmək üçün bu zolaq əməlli-başlı şəkildə tərənnüm olunmalıdır. Bunu hər dəfə deyirəm", - deyə o yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 29 Dekabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















