Zorakılıq halları gender baxımından bərabərləşir: Kişilərə şiddət niyə artır?
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"2025-ci ildə təqdim edilən statistika göstərir ki, təəssüf ki, cəmiyyətdə şiddət halları artıb. Əvvəllər, müstəqilliyin ilk illərində, gender bərabərliyi ilə bağlı qanunların qəbulu, qadınların problemləri ilə məşğul olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, həmçinin regionlarda icra hakimiyyətlərinin müvafiq şöbələrinin fəaliyyəti qadınların sosial həyatda iştirakını təmin etməkdə mühüm rol oynayıb. Bu istiqamətdə ölkəmizdə ciddi addımlar atılıb".
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
O, bildirib ki, modernləşmə və bərabərliyin artması fonunda artıq belə statistikalara rast gəlirik ki, məişət zəminində kişilərin də zorakılığa məruz qalması halları artır:
"Bu həm də göstərir ki, cəmiyyətdə hüquqların bərabərliyi istiqamətində müəyyən irəliləyişlər olsa da, yeni vəziyyət əlavə hüquqi və maarifləndirmə tədbirlərini tələb edir".
Sosioloq bildirib ki, qərb ölkələrində zorakılıq halları bəzən kişilər və qadınlar arasında bərabərləşir:
"Bizdə isə qadınların zorakılığa məruz qalması statistikası azalmaqda olsa da, kişilərlə bağlı hallar artmaqdadır. Bu isə göstərir ki, maarifləndirmə təkcə qadın hüquqları ilə məhdudlaşmamalı, kişilərin də hüquqlarının müdafiəsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüsləri artırılmalı və genişləndirilməlidir".
Qeyd edək ki, bu il 63 kişi məişət zorakılığına məruz qalıb.
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Ailələrdə kişilərə qarşı zorakılıq necə və niyə artır? (AÇIQLAMA)
26 Noyabr 2024 15:03
Ailələrdə kişilərə qarşı zorakılıq necə və niyə artır? AÇIQLAMA
26 Noyabr 2024 17:24
Zorakılıq edirdi, şiddət götərirdi İkardi DANIŞDI
03 Dekabr 2024 16:48
Britaniya həbsxanalarında zorakılıq halları artır
27 May 2025 14:17
Məktəblərdə zorakılıq halları artır: Sistemli tədbirlər görülməlidir
24 Aprel 2025 16:24
Baxış sayı:77
Bu xəbər 29 Dekabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları