Icma.az
close
up
RU
“Azərbaycan və Rusiya da daxil olmaqla, dünyanın əksər böyük şəhərlərində daşınmaz əmlakın qiymətləri kəskin artıb”

“Azərbaycan və Rusiya da daxil olmaqla, dünyanın əksər böyük şəhərlərində daşınmaz əmlakın qiymətləri kəskin artıb”

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Dünya üzrə yaşayış standartları, şəhərlərin bahalığı, cinayət səviyyəsi, tıxac və digər sosial göstəriciləri toplayan məşhur məlumat platforması olan Numbeo 2025-ci il üzrə ev almağın ən çətin olduğu ölkələrin siyahısını açıqlayıb. Bu siyahıda ölkələr sırasında İsveçrə, Honq Konq, Cənubi Koreya və Sinqapur ön sıralarda yer alır. Azərbaycan 19-cu, İran 16-cı, Ermənistan 12-ci yerdə qərarlaşıb.

Numbeo-nun araşdırmasına görə, 2025-ci ildə ev almağın ən çətin olduğu ölkələr: Kuba, Kamerun, Nepal, Honq Konq, Vyetnam, Çin, Filippin, Tailand, Tayvan, Cənubi Koreya, Sinqapur, Ermənistan, Misir, El Salvador, Mavriki (Mauritius), İran, Kolumbiya, Peru, Azərbaycan, Əlcəzair, Albaniya, İndoneziya, Venesuela, Serbiya, Paraqvay, Rusiya, Dominikan Respublikası, Argentina, Uruqvay, Braziliya.

Sizcə bu statistikaya inanmaq nə dərəcə doğrudur? Siyahıda Türkiyənin olmaması normaldır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına əmlak eksperti Elnur Azadov bildirib ki, həmin ölkələrdə boş torpaq sahələrinin demək olar ki, olmaması, xüsusən də şəhərlərin mərkəzində inşaat üçün məkan çatışmazlığı qiymətləri fantastik dərəcədə artırıb: “Məlumatların düzgün olduğunu deyə bilərəm. Çünki Honq Konq, Cənubi Koreya, Sinqapur kimi ölkələr dünyanın ən bahalı ölkələri sırasında yer alır. Bunun bir neçə əsas səbəbi var:

İlk növbədə bu ölkələrdə güclü inkişaf və tərəqqi müşahidə olunur. Həddindən artıq çox sayda əhalinin yaşaması və bu əhalinin qısa müddətdə zənginləşməsi daşınmaz əmlak bazarına ciddi təsir edib. Nəticədə daşınmaz əmlakın qiymətləri kəskin şəkildə bahalaşıb.

Eyni zamanda bu ölkələrdə boş torpaq sahələrinin demək olar ki, olmaması, xüsusən də şəhərlərin mərkəzində inşaat üçün məkan çatışmazlığı qiymətləri fantastik dərəcədə artırıb. Oxşar tendensiyanı bəzi Avropa ölkələrində də görmək mümkündür. Məsələn, İsveçrə və Skandinaviya ölkələrinin paytaxtlarında yeni yaşayış kompleksləri az tikilir, torpaq çatışmazlığı var.

Daimi gedən iqtisadi inkişaf, infrastruktur inkişafı ona gətirib çıxarır ki, qiymətlər daima artmaqda davam edir.

Birinci səbəb bəzi ölkələrdə infrastrukturun demək olar ki, mövcud olmamasıdır. Məsələn, Suriyada hərbi vəziyyət nəticəsində daşınmaz əmlak bazarı çökmüş, bir çox obyektlər yararsız hala düşmüşdür. Eyni vəziyyət İraqın paytaxtı və digər iri şəhərlərində də müşahidə olunur. Efiopiya, Kuba, Nepal, Kamerun, Vyetnam, Filippin, Tailand kimi ölkələrdə infrastrukturun zəifliyi və əhalinin yoxsul yaşaması daşınmaz əmlakın əlçatanlığını minimuma endirir. Bu ölkələrdə insanlar üçün nəinki şəhərin mərkəzində, hətta kənar ərazilərdə belə ev almaq çətindir.

İkinci səbəb isə əksinə, urbanizasiya və əhalinin həddən artıq çox olduğu şəhərlərdə daşınmaz əmlaka tələbatın yüksək olmasıdır. Moskva, Dehli, Pekin, Meksiko kimi meqapolislərdə əhali sıxlığı və şəhərə axın nəticəsində qiymətlər yüksəlir, bu da orta statistik vətəndaş üçün əmlakın əlçatmaz olmasına gətirib çıxarır.

Yəni həm iqtisadi cəhətdən geridə qalmış ölkələrdə yoxsulluq, həm də iqtisadi cəhətdən inkişaf etmiş, lakin urbanizasiya ilə yüklənmiş şəhərlərdə daşınmaz əmlaka tələbin çoxluğu onun əlçatanlığını azaldır.

Azərbaycanda daşınmaz əmlak onsuz da normadan baha idi, lakin son illərdə qiymətlər daha da ciddi şəkildə artıb. Xüsusilə 2021-ci ildən etibarən Qarabağ iqtisadi zonasında kütləvi tikinti işlərinin başlanması inşaat materiallarına olan tələbatı artırdı və bu, bazarda qiymətlərin bahalaşmasına səbəb oldu. Ən çox bahalaşan məhsullardan biri armatur oldu. Bu sahədə istehsalın bir neçə monopol şirkətin əlində cəmlənməsi nəticəsində bir ton armaturun qiyməti 780 manatdan 1150-1200 manata qədər yüksəldi.

Materialların bahalaşması ilkin bazarda tikinti şirkətlərinin qiymətləri artırmasına gətirib çıxardı. Tikinti şirkətlərinin sayı azaldıqca bazarda mənzil təklifi də azaldı və nəticədə əmlak çatışmazlığı yarandı. Bu səbəbdən xüsusilə Bakı şəhərində daşınmaz əmlakın qiyməti 2021-ci ildən 2025-ci ilin sonuna qədər təxminən 70% artdı.

Yəni əvvəldən baha olan və əhali üçün əlçatmaz sayılan daşınmaz əmlak daha da bahalaşdı. Bu prosesin hələ son olmadığını düşünürəm və 2026-cı ildə qiymətlərin yenidən artacağı proqnozlaşdırılır”.

Elnur Azadov

Elnur Azadov qeyd edib ki, proqnoz verən şirkətlər və ekspertlərin pandemiya dövründə verdiyi "qiymətlər düşəcək" proqnozlarına baxmayaraq, əks proses baş verib: “Türkiyədə 2022–2023-cü illərə qədər vaxtaşırı inflyasiya yüksək olub. Eyni vəziyyət İranda da müşahidə edilir. Türkiyədə, xüsusən cənub bölgələrində turizmin sürətli inkişafı yeni qəsəbələrin salınmasına səbəb olub. Xarici investorlar üçün bu ərazilərdə daşınmaz əmlak əlçatan olsa da, yerli əhali, xüsusilə İstanbul və Ankara kimi böyük şəhərlərdə, əmlak qiymətlərinin kəskin bahalaşması səbəbindən çətinliklərlə üzləşir.

Oxşar vəziyyət İranda da baş verib. Bir tərəfdən əhalinin sayının çox olması, digər tərəfdən tikinti həcminin azlığı, eyni zamanda inflyasiya nəticəsində daşınmaz əmlakın normadan artıq bahalaşması və əhalinin gəlirlərinin azalması səbəbindən əmlak yerli vətəndaşlar üçün əlçatmaz hala gəlib. Bu tendensiya ən çox Tehran və Təbriz kimi iri şəhərlərdə nəzərə çarpır.

Ümumilikdə, 2020-ci ildən sonra, bəzi təşkilatlar, proqnoz verən şirkətlər və ekspertlərin pandemiya dövründə verdiyi "qiymətlər düşəcək" proqnozlarına baxmayaraq, əks proses baş verib. 2020-ci ilin sonu və 2021-ci ilin əvvəlindən etibarən bazara böyük alıcı axını müşahidə olunub. Avropa, Asiya ölkələri, Azərbaycan, Rusiya da daxil olmaqla dünyanın əksər böyük şəhərlərində daşınmaz əmlakın qiymətləri kəskin şəkildə artmağa başlayıb. Bahalaşma qlobal miqyasda baş verib”.

Günel Həsənova, Bizimiyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri