Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Bu yol iqtisadi dəyərlər, etibar və sabitliyin özülüdür

Bu yol iqtisadi dəyərlər, etibar və sabitliyin özülüdür

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Zəngəzur dəhlizi (TRİİP) Cənubi Qafqazın gələcək inkişafı üçün strateji əhəmiyyət kəsb edən mühüm layihə, eyni zamanda, qlobal çağırışlara Azərbaycan tərəfindən verilən strateji cavabdır. Bu layihə, ölkənin geoiqtisadi baxışını təcəssüm etdirir və onun regional və qlobal iqtisadiyyatda vacib bir mərkəzə çevrilməsini təmin edir. Zəngəzur dəhlizi (TRİİP) ölkəni Türkiyə və Avropa bazarlarına birbaşa çıxışı olan, həmçinin Mərkəzi Asiya ilə əlaqələri dərinləşdirən, Çindən Avropaya uzanan Orta dəhlizin əsas halqasına çevirir. Bununla da, Azərbaycan öz iqtisadi şaxələndirmə siyasətini həyata keçirir və regional əməkdaşlıq təşəbbüslərinin müsbət nəticələrini təmin edir.

Dəhliz regionda iqtisadi inteqrasiyanın, ticarət əlaqələrinin və geosiyasi sabitliyin gücləndirilməsini hədəfləyir, Azərbaycanın logistik mərkəz kimi mövqeyini möhkəmləndirir, Orta dəhlizin əsas halqasına çevrilir, Şərq−Qərb ticarət axınında mühüm rola malik olur və Azərbaycan−Türkiyə−Mərkəzi Asiya iqtisadi əlaqələrini fiziki müstəvidə birləşdirir.

Son qlobal dəyişikliklər nəqliyyat dəhlizlərinin əhəmiyyətini artıraraq onu logistika infrastrukturundan daha geniş iqtisadi alətə çevirib. Bu dəyişikliklər həm ticarət, həm də geosiyasi əlaqələrdə dəyişən tələblərə cavab olaraq ölkələrin və regionların qarşılıqlı asılılığını artırıb. Məsələn, Orta dəhliz üzərində yük daşımalarının müddəti ənənəvi dəniz yolu ilə müqayisədə iki dəfə qısa olur. Bu, Asiya ilə Avropa arasında ticarət edən ölkələr üçün əhəmiyyətli üstünlük deməkdir. Əlavə olaraq, Şimal–Cənub dəhlizi ticarət vaxtını 30 faizdən çox qısaldır, bu da yalnız daşımaların sürətini artırmır, həm də ticarət xərclərini azaltmağa və iqtisadi fəaliyyətin səmərəli olmasına imkan yaradır.

 Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropanı birləşdirən bu marşrut Çindən Avropaya daşınan yüklərin tranzit marşrutlarının şaxələndirilməsində mühüm rol oynayacaq. Bu, təchizat zəncirində dayanıqlığın və təhlükəsizliyin artırılması baxımından strateji əhəmiyyət daşıyır.

Zəngəzur dəhlizi (TRİİP)ölkələr üçün nəqliyyat və logistika baxımından ən qısa, etibarlı və iqtisadi cəhətdən səmərəli marşrutlardan birinə çevrilir. Dünya Bankına görə, nəqliyyat xərclərinin hər 1 faizlik azalması beynəlxalq ticarət dövriyyəsini orta hesabla 0,8 faiz artırır. Zəngəzur dəhlizi (TRİİP) bu baxımdan Azərbaycan və qonşu ölkələr üçün yeni iqtisadi dividendlər yaradır. Azərbaycanın ixrac potensialı genişlənir, məhsullar daha çevik və az xərclə Türkiyə və Mərkəzi Asiya bazarlarına çatdırılır. Bunun nəticəsində ölkənin ixracda rəqabət qabiliyyəti artır. Türkiyə üçün bu dəhliz Mərkəzi Asiyaya birbaşa çıxış imkanı yaratmaqla, onun Avrasiya məkanında logistika və ticarət mərkəzi kimi mövqelərini daha da gücləndirir. Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi ölkələr isə Avropa və Türkiyə bazarlarına daha sabit və qısa marşrut əldə edir. Nəticə etibarilə, Zəngəzur dəhlizi (TRİİP) ticarətin artması və iqtisadi dövriyyənin sürətlənməsi üçün praktik mexanizmə çevrilir. Beləliklə, Cənubi Qafqaz, Türkiyə və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələr daha sistemli və dayanıqlı formatda inkişaf edir.

Prezident İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə Azərbaycanın enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturunun genişlənməsi və yeni geosiyasi reallıqların formalaşmasındakı rolunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Bildirdi ki, bu bölgənin Ermənistana verilməsi, həm də Azərbaycanın Naxçıvanla strateji kommunikasiya imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Naxçıvan Muxtar Respublikası ilə  əlaqələr yalnız İran və Türkiyə üzərindən mümkün oldu.  Lakin 44 günlük Vətən müharibəsi Cənubi Qafqaz üçün yeni geosiyasi reallıq yaratdı. Suverenliyin bərpası ilə yanaşı, Prezident İlham Əliyev strateji əhəmiyyət daşıyan yeni təşəbbüsləri də tələb kimi irəli sürdü. Xüsusilə Vaşinqtonda keçirilən görüşlərdə dəhlizlə bağlı razılaşmanın əldə edilməsi üçün mühüm addımlar atıldı. Bildirildi ki, Zəngəzur dəhlizinin (TRİİP) istifadəyə verilməsi ilə Azərbaycan beynəlxalq nəqliyyat xəritəsində daha güclü mövqeyə çıxacaq. 

Hazırda Şimal–Cənub nəqliyyat dəhlizi Rusiya, Azərbaycan və İran üzərindən Hind okeanı və Avropa bazarlarını birləşdirir. Şərq–Qərb dəhlizi isə Çin və Orta Asiya ölkələrindən yükləri Xəzər dənizi üzərindən Azərbaycana gətirərək buradan Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdırır. Zəngəzur dəhlizi (TRİİP) bu iki strateji dəhlizin kəsişmə nöqtəsinə çevrilməklə regionun nəqliyyat-logistika imkanlarını qat-qat artıracaq. Bu dəhliz vasitəsilə Azərbaycan yalnız tranzit ölkə statusunu gücləndirmir, həm də Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrilir. 

2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına görə, Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların həcmi 2023-cü illə müqayisədə 28 faiz artaraq 814 min ton təşkil edib. Eyni zamanda, Şərq–Qərb dəhlizində ümumi daşınan yük həcmi 33,258 milyon ton olub. Zəngəzur dəhlizinin (TRİİP) açılması bu rəqəmləri əhəmiyyətli dərəcədə artıraraq Azərbaycanın tranzit gəlirlərini yüksəldəcək, regionun ümumi iqtisadi dinamizmini isə daha da canlandıracaqdır. İlkin mərhələdə Zəngəzur dəhlizinin (TRİİP) 15 milyon ton yükdaşıma potensialı olması proqnozlaşdırılır. Bundan əlavə, Zəngəzur dəhlizi (TRİİP) istifadəyə verildikdən sonra təkcə Şərq–Qərb dəhlizinin tərkib hissəsi olmayacaq. Avropanın şimalından başlayan və Fars körfəzinə qədər uzanan Şimal–Cənub dəhlizinin də tərkib hissəsi olacaq. Bu alternativ kommunikasiya-logistika şəbəkəsi Azərbaycanın tranzit ölkə rolunu daha da artıraraq regional və qlobal miqyasda ölkəmizin geosiyasi mövqeyini xeyli möhkəmləndirəcək.

Regional baxımdan Zəngəzur dəhlizi (TRİİP) Cənubi Qafqazda dayanıqlı sülhün və əməkdaşlığın təmin olunması üçün mühüm zəmin yaradır. Çünki bu layihə yalnız Azərbaycan və Ermənistanı deyil, Türkiyə, İran, Rusiya, Orta Asiya dövlətləri və Avropanı birləşdirən geniş coğrafiyanı əhatə edir. Qlobal baxımdan isə Zəngəzur dəhlizi (TRİİP) Avrasiya məkanında alternativ və təhlükəsiz nəqliyyat marşrutu rolunu oynayacaq. Xüsusilə, hazırkı geosiyasi gərginliklər fonunda Avropa və Asiya arasında yeni, sabit və təhlükəsiz logistika kanallarına ehtiyac artır. 

Azərbaycanın iqtisadi inkişaf modeli, enerji siyasəti, nəqliyyat dəhlizlərinin qurulması və sülh təşəbbüsləri həm ölkənin, həm də regionun gələcəyini müəyyən edir. Bu mənzərədə Azərbaycan yalnız öz maraqlarını müdafiə etmir, həm də region dövlətləri üçün yeni əməkdaşlıq imkanları yaradır. 

Vüsal BAYRAMOV,

iqtisad üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri